Agentlikdə beynəlxalq sərgiyə hazırlıq işləri görülür

 

 

 

Bu il iyun ayının 3-dən 6-dək Bakıda ənənəvi “Xəzər neft, qaz, neftayırma və neft kimyası” beynəlxalq sərgi və konfransı keçiriləcək.

Xatırladaq ki, sayca 21-ci dəfə keçiriləcək bu mötəbər beynəlxalq tədbirdə, əvvəlki illərdə olduğu kimi,  dünyanın neft və qaz hasilatı, nəqli, eləcə də bu sahədə fəaliyyət göstərən təchizatçı şirkətləri iştirak edəcəklər. Xəzər regionu üçün mühüm əməkdaşlıq tədbiri çərçivəsində, həmçinin 4-cü “Xəzər beynəlxalq energetika və alternativ enerji” sərgi və konfransının keçirilməsi də nəzərdə tutulur. Bu tədbirə rəsmi dəstək isə Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə  Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən veriləcək.

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində bu ilin iyununda Bakı Sərgi Mərkəzində keçiriləcək 21-ci “Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası” və 4-cü “Xəzər Beynəlxalq energetika və alternativ enerji” sərgi və konfransına hazırlıq işləri üzrə təşkilat komitəsi yaradılmışdır. Komitənin birinci iclasında çıxış edən agentliyin sədri Akim Bədəlov demişdir ki, dünyanın aparıcı dövlət və şirkətlərinin yaxından iştirak etdiyi bu sərgi və konfransın  əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Builki sərgi və konfransın həm də “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr ediləcəyini vurğulayan komitə sədri 4-cü “Xəzər beynəlxalq energetika və alternativ enerji” sərgi və konfransın əsas təşkilati dəstəkçilərindən biri olan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, həm də sərgidə ən böyük pavilyonlarından birinə sahiblik edəcəyini bildirmişdir. O qeyd etmişdir ki, bu, agentliyə öz fəaliyyətini daha geniş ərazidə nümayiş etdirmək imkanı qazandıracaq. Sərgi və konfransın mühüm beynəlxalq əhəmiyyəti, əlaqələrin genişlənməsinə böyük imkanlar yaratdığı nəzərə alınaraq, alternativ və bərpa olunan enerji mənbələrindən daha səmərəli istifadə olunması  sahəsində ölkəmizdə əldə olunmuş nailiyyətləri, perspektiv imkanları, eləcə də dövlətimizin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğını daha yüksək səviyyədə təqdim etmək məqsədilə agentlikdə geniş tədbirlər planı işlənib hazırlanmışdır.

Xatırladaq ki, ötənilki sərgidə Azərbaycan Prezidenti İlham Əliyev  Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin pavilyonuna baxmış, məsləhət və tövsiyələrini vermişdi.

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında