Əsgərlərin yanında

 

 

Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının müəllim və tələbələri son zamanlar vaxtaşırı hərbi hissələrdə olur, sərhədlərimizin keşiyini çəkən əsgərlərə baş çəkir, maraqlı və rəngarəng tədbirlər təşkil edirlər.

Bu günlərdə filialın bir qrup üzvü “N” saylı hərbi hissəyə getmişdir. Müəllim və tələbələr əsgərlərin şəraiti ilə yaxından tanış olmuş, onların arzu və istəklərini dinləmiş, gətirdikləri bayram sovqatını paylamış, maraqlı konsert proqramı ilə çıxış etmişlər. Əsgərlər qonaqlarla birgə rəqs etmiş, öz döyüş bacarıqlarını nümayiş etdirmişlər.

Filialın direktoru, dosent Afaq Qasımova zabit və əsgərlər qarşısında çıxış edərək demişdir ki, bu gün doğma torpaqları qorumaq kimi müqəddəs bir vəzifə sizin üzərinizə düşür. Ali Baş Komandanımız cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət, ölkəmizin qüdrətinin daha da möhkəmləndirilməsi bizi əmin edir ki, zəbt olunmuş torpaqlar tezliklə geri qaytarılacaq və biz bu qələbəni qeyd edəcəyik. Siz əsgərlər sərhədlərimizi mətinliklə qoruyursunuz, heç bir çətinlikdən qorxmursunuz. Buna görə sağ olun!

 

Hərbi hissənin rəhbərliyi filialın müəllim və tələbələrinə öz dərin minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, belə görüşlər əsgərlərin döyüş əzmini daha da artırır, onları səfərbər edir.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin

bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında