Zaqatala: pulsuz tibbi müayinə davam edir

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq ölkənin hər yerində olduğu kimi, Zaqatalada da əhalinin pulsuz müayinəsi davam edir. Bu məsələ RİH başçısı yanındakı şurada geniş müzakirə olunub. Şura yığıncağını giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Azərbaycanda son illər ərzində səhiyyə sahəsində çox uğurlu islahatların aparıldığını qeyd etmişdir.

Bunun nəticəsi kimi ölkə üzrə yeni tibb müəssisələrinin açılması, müalicə diaqnostika mərkəzlərinin inşa edilməsi, mövcud tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, pulsuz tibbi xidmət spektrinin genişləndirilməsi, dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi, səhiyyənin statistik və məlumat xidməti bazasının təkmilləşdirilməsi və digər məsələlərin öz həllini tapmasıı xüsusi vurğulanmışdır.

Sonra natiq çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hər bir vətəndaş, hər bir insan ildə bir dəfə müayinədən keçməlidir” çağırışına əsasən insanların sağlamlığının qorunması və xəstəliklərin erkən aşkarlanması məqsədi ilə ölkə ərazisində, o cümlədən Zaqatala rayonunda 2014-cü il fevral ayının 17-dən əhalinin icbari tibbi müayinədən keçirilməsinə başlanmasını bildirmiş, may ayının birinədək yekunlaşdırılması nəzərdə tutulan bu aksiya zamanı rayonun 18 yaşdan yuxarı 89632 nəfər əhalisinin tibbi müayinədən keçməli olduğunu nəzərə çatdırmışdır.

Rayon rəhbəri qeyd etmişdir ki, tibbi müayinənin əsas prinsipi əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarının dövlət təminatı  və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti, əhalinin sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi, tibbi-sosial yardımın hamı üçün mümkünlüyü, sağlamlığın itirilməsi zamanı vətəndaşların sosial müdafiəsinin təmin  olunmasıdır.

Şura yığıncağında RİHB-in müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva və Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Nəriman Əfəndiyev çıxış edərək tibbi müayinənin keyfiyyətli həyata keçirilməsi məqsədi ilə tibb müəssisələrinin hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində Səhiyyə Nazirliyi tərəfindən zəruri tədbirlərin görüldüyünü, Rayon Mərkəzi Xəstəxanası tərəfindən əhalinin ümumi profilaktik müayinəsinin keçirilməsini təmin etmək məqsədi ilə qərargah yaradılmasını, Zaqatala Rayon Mərkəzi Xəstəxanası, Müalicə Diaqnostika Mərkəzi, Əliabad qəsəbə, Yeni Suvagil kənd və Danaçı kənd sahə xəstəxanaları olmaqla beş zona üzrə əhalinin tibbi müayinədən keçməsi üçün həkim briqadaları təşkil edildiyini bildirmişlər. Natiqlər öz çıxışlarında yaradılmış həkim briqadalarına ailə həkimi, oftalmoloq, ginekoloq, uroloq daxil edilərək, tərtib edilmiş qrafik üzrə rayon əhalisinin müayinələrə cəlb olunmasına başlanıldığını qeyd etmişlər. Bundan əlavə, tibb işçilərindən ibarət səyyar briqadaların yaradıldığını və bu briqadaların rayon ərazisində yerləşən hərbi hissələrdə xidmət edən 1000 nəfərdən yuxarı əsgər və zabit heyətinə, həmçinin poliklinikaya müəyyən səbəblərdən gələ bilməyən yaşlı və digər insanlara evlərində tibbi xidmətlərin göstərilməsini nəzərə çatdırmışlar.

Şura yığıncağında qeyd edilmişdir ki, tibbi müayinənin başlandığı gündən aprelin 1-nə kimi rayon üzrə 34559 nəfər müayinə edilmiş, onlardan 11776 nəfərinə ambulator, 12 nəfərə isə stasionar müalicə təyin edilməsi məqsədəuyğun sayılmışdır.

Şura yığıncağının sonunda tibbi müayinənin aparılmasında və işin təşkilində iştirak edən aidiyyatı qurumlara baş verə biləcək nöqsanların vaxtında aradan qaldırılması və bu işə məsuliyyətin daha da artırılması tövsiyə olunmuşdur.

İlqar MUSAOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında