İlin II rübündə KİV-lərə dövlət vəsati ayrılmışdır

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının bu günlərdə keçirilmiş növbəti iclasında 2014-cü ilin II rübündə KİV-lərin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim edilmiş layihələr və cari məsələlər müzakiə edilmişdir.

KİVDF-nin Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlkdə duran məsələlər barədə məlumat vermişdir. Fondun icraçı direktoru Vüqar Səfərli bildirmişdir ki, “2014-cü ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə”yə 35 redaksiyadan layihə təklifi təqdim olunmuş və ekspertlər tərəfindən araşdırılmışdır. Müsabiqənin tələblərindən irəli gələn digər sənədlər də yoxlanılmış, qəzetlərin son 3 ay üzrə tirajını, abunə və satışını əks etdirən hesabat hazırlanmışdır.

Təqdim edilmiş sənədlər ətrafında müzakirələr aparılmışdır. Şura üzvlərindən Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Vüqar Rəhimzadə, Müşfiq Ələsgərli, Rəşad Məcid, İntiqam Hümbətov “Azadlıq” qəzetinin müsabiqədə iştirak etmək istəyi ilə bağlı bildirmişlər ki, redaksiyanın göstərilən iradları aradan qaldırdığını nəzərə alaraq, onun müsabiqədə iştirakına yenidən baxmaq mümkündür. Şura üzvləri Bəxtiyar Sadıqov, Vüqar Rəhimzadə və Müşfiq Ələsgərlidən ibarət işçi qrupunun hazırlayacağı rəyə əsasən,  “Azadlıq” qəzetinin növbəti müsabiqədə iştirakı barədə qərar veriləcək. Müzakirələri davam etdirən şura üzvləri qəzetlərin dövriyyəsini, tirajını və yayımını nəzərə alaraq, 34 redaksiyanın layihə təkliflərinin maliyyələşdirilməsi barədə qərar qəbul etmişlər.

İclasda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə jurnalistlər üçün inşa edilən yeni binanın tikintisinin gedişi barədə dinləmələr də keçirilmişdir.

* * *

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında