HP şirkətlər qrupunun vitse-prezidenti Axim Kuttler: Azərbaycan informasiya texnologiyaları sahəsində regionda liderdir

Dünən " Hyatt Regency" otelinin Quba zalında HP şirkəti yeni noutbuklarını Azərbaycan ictimaiyyətinə təqdim etdi. Tədbiri şirkətin Azərbaycanda Fərdi sistemlər qrupunun satış və bazar inkişafı üzrə meneceri Rasim Baxşi açaraq bildirdi ki, HP Pavilion seriyasından olan noutbuklar öz müqayisə olunmaz texniki göstəriciləri və noutbuku dəbdəbəli imic aksesuarına çevirən heyrətamiz dizaynı ilə artıq Avropa və Şimali Amerika istifadəçilərinin könlünü fəth edib. İş və multimedia əyləncələri üçün ideal alət olan və şəxsi əyləncə mərkəzi hesab edilən güclü və çox funksialı HP Pavilion artıq Azərbaycandadır.
HP şirkətlər qrupunun vitse-prezidenti Axim Kuttler qeyd etdi ki, hazırda Azərbaycan informasiya texnologiyaları sahəsində regionda liderdir. Biz burda böyük potensialın olduğuna inanırıq və biz yerli bazara bu cür fövqəladə olan HP Pavilion məhsulu daxil etməyimizə çox şadıq. Dünyanın böhranla üzləşməsi nəticəsində HP şirkətinin də satış həcmi xeyli aşağı düşüb. Sevindirici haldır ki, böhran Azərbaycana az təsir edib və bizim məhsulların satış həcmi azalmayıb. Bütün dünya üzrə proqnozlarımıza əsasən 15 faiz artım gözləyirik.
HP-nin Azərbaycandakı nümayəndəsi Rüfət Hacıəlibəyov isə çıxışında Azərbaycanda Asiya bazarından pərakəndə idxalçılar tərəfindən gətirilən HP Pavilion noutbuklarına yüksək tələbat olduğunu nəzərə alaraq HP-nin avtorizə edilmiş tərəfdaş şəbəkəsi vasitəsilə rəsmi satışlarının başlanılması haqqında qərar qəbul edildiyini bildirdi. O vurğuladı ki, bundan ilk növbədə bu məhsulun istifadəçiləri yararlanacaqlar. Belə ki, rəsmi dilerlər vasitəsilə satılacaq HP Pavilion noutbukları HP-nin Azərbaycanda avtorizə edilmiş xidmət mərkəzi tərəfindən zəmanət servisi ilə təmin ediləcəklər.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məsul əməkdaşı Etibar Umudov İKT sahəsində dövlət strukturlarının gördüyü işlərdən danışdı. Ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə olduğu kimi İKT sektorunda da Azərbaycanın regionda lider dövlət olduğunu diqqətə çatdırdı.
HP Pavilion dv-6 seriyası qeyri-adi effektli xarici görünüşü ilə seçilir. Kompyuterin qapağı HP İmprint texnologiyasının tətbiqi ilə yaradılıb. Bu isə cəsarətli dizayn ideyalarının həyata keçirilməsinə imkan yaratmaqla yanaşı kompyuterin üz hissəsinin müxtəlif zədələrə qarşı dözümlülüyünü təmin edib. Bu noutbuk hamar konturlarıyla, bütün dekorativ və funksional detallarının düşünülmüş dizaynı və qapaq şəklinin qeyri-adiliyi ilə diqqəti dərhal cəlb edir.
Şirkət təmsilçiləri inanırlar ki, Azərbaycan istifadəçiləri HP Pavilion dv-6 noutbukunun funksiyaları və kommunikasiya imkanları ilə tanış olduqdan sonra onu layiqincə qiymətləndirəcəklər.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında