Əməkdaşlıq haqqında memorandum imzalanmışdır

 

 

 Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının (RXTDQA) Şimal-Qərb İdarəçilik İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

Memorandumu Azərbaycan tərəfindən - Azərbaycan Respublikası Prezidenti yanında DİA-nın rektoru, akademik Urxan Ələkbərov, Rusiya tərəfindən - Rusiya Federasiyası Prezidenti yanında RXTDQA-nın Şimal-Qərb İdarəçilik İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor, Rusiya Federasiyasının I dərəcəli həqiqi dövlət məsləhətçisi Vladimir Şamaxov imzalamışlar.

 DİA-nın Böyük Elmi Şurasının iclasında imzalanmış sənəd iki Prezident Akademiyasının təcrübə mübadiləsini və elmi-pedaqoji əməkdaşlığını, müəllim və tələbə mübadiləsini, hər iki ölkənin milli maraqlarına cavab verən birgə fəaliyyətin təşkil edilməsini və keçirilməsini nəzərdə tutur. Memorandum təhsilin keyfiyyətinin yüksəldilməsinə, dövlət quruculuğu və dövlət və sosial idarəetmə sistemi üçün yüksək ixtisaslı kadrların hazırlanmasına, həmçinin dostluq münasibətlərinin və multukulturalizm praktikasının inkişaf etdirilməsinə istiqamətlənmişdir.

 İclasda akademik Urxan Ələkbərov DİA-nın Elmi Şurası tərəfindən görkəmli Azərbaycan alimi, professor Fuad Məmmədova “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” fundamental əsərinə görə Azərbaycan Dövlət Mükafatının verilməsi üçün vəsadət qaldırılması haqqında məlumat vermişdir. Bununla əlaqədar professor Vladimir Şamaxov Azərbaycan Respublikası Prezidenti yanında DİA-nın professoru Fuad Məmmədova bu mükafatın verilməsi vəsadətinin dəstəklənməsi haqqında xahişlə Rusiya Federasiyası Prezidenti yanında RXTDQA-nın Şimal-Qərb İdarəçilik İnstitutunun Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadəyə ünvanlanmış məktubunu akademiyaya təqdim etmişdir. Məktubda Azərbaycan Respublikasının Prezidenti yanında DİA-nın professoru Fuad Məmmədovun xidmətlərinin layiqincə qiymətləndirilməsinə və onun bundan sonrakı fəaliyyətinin iki akademiya arasında qarşılıqlı faydalı münasibətlərin inkişafına sanballı töhfə olacağına inam ifadə olunmuşdur.

Ş.KƏSƏMƏNLİ,

“Simurq” Azərbaycan Mətbuat

Assosiasiyası mətbuat mərkəzinin katibi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında