Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi yeni layihəyə start vermişdir

 

 Azərbaycan Mətbuat Şurasının (MŞ) Ahıl Jurnalistlər Məclisi “Həyat işığında” layihəsinə start vermişdir. Mətbuat Şurasından AzərTAc-a bildirmişlər ki, layihə çərçivəsində Azərbaycan jurnalistikasının inkişafında xidmətləri olmuş, ömrünü-gününü söz peşəsinə sərf etmiş, qayğıya ehtiyaclı qələm sahiblərinə baş çəkmək, onlarla maraqlanmaq nəzərdə tutulur.

Layihənin məqsədlərinə, eyni zamanda, jurnalistikanın inkişafında xidmətləri olan şəxslərin yaradıcılıq gecələrinin, dünyasını dəyişmiş qələm sahibləri ilə bağlı anma mərasimlərinin təşkili də daxildir.

Şuranın sədri Əflatun Amaşov, İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Ahıl Jurnalistlər Məclisinin üzvləri qocaman jurnalist Kazım Ələkbərova baş çəkmişlər.

Hazırda ömrünün 88-ci ilini yaşayan Kazım Hacıhüseyn oğlu Ələkbərov uzun illər Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc-da), “Xalq qəzeti”ndə, “Bakı”, “Baku” qəzetlərində və digər tanınmış mətbu orqanlarda məsul vəzifələrdə işləmişdir. Neçə-neçə jurnalist nəslinin yetişməsində xidmətləri olan K.Ələkbərov idarəçilik sistemində də çalışmış, dövlət orqanlarında ana dilinin tətbiqi işinə də yaxından kömək göstərmişdir.

Ə.Amaşov K.Ələkbərova Mətbuat Şurasının təşəbbüsü barədə məlumat vermişdir.  O, bildirmişdir ki, şura qayğıya ehtiyacı olan jurnalistləri yaddan çıxarmayacaq, onların keçdiyi ömür yolunun xalqa  təqdim edilməsi üçün tədbirlərini gücləndirəcəkdir. Qocaman jurnalist K.Ələkbərov həyat yolundan söz açmış, jurnalist fəaliyyətinin spesifik məqamları ilə bağlı fikirlərini bölüşmüşdür.

Vüqar Rəhimzadə K.Ələkbərov kimi dəyərli qələm sahiblərinin həyat yolunun örnək məqamlarının gənc nəslə çatdırılmasının vacibliyini vurğulamışdır.

Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov, “Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınoğlu, jurnalistlər Məzahir Süleymanzadə və Mehman Fərzullayev K.Ələkbərovun ötən günlərin xarakterik iş xüsusiyyətlərindən bəhs etmiş, nəsillərə örnək həyatından xatirələrini bölüşmüşlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında