Azərbaycan beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə respublikamızda korrupsiyaya qarşı sərt mübarizə aparılmaqla bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan 140 dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) ən fəal və təşəbbüskar üzvlərindən biridir. Son illər IAACA çərçivəsində əlaqələrimiz daha da inkişaf etmiş, assosiasiyanın ötən il keçirilmiş ümumi yığıncağında Azərbaycanın ədliyyə naziri yenidən qurumun vitse-prezidenti seçilmişdir.

Bu il aprelin 1-dən 3-dək Barselonada Assosiasiyanın rəhbər orqanı olan İcraiyyə Komitəsinin iclası keçirilmişdir.

İclasın təntənəli açılış mərasimində İspaniyanın muxtar vilayəti olan Kataloniya Parlamentinin sədr əvəzi Luis Korominasi Dias, Assosiasiyanın prezidenti - Çinin baş prokuroru Çao Cianminq, İspaniyanın baş prokuroru Eduardo Torres Dulse və digər rəsmi şəxslər çıxış etmişlər.

İclasda mühüm təşkilati məsələlərin müzakirəsi, Assosiasiyanın gələcək fəaliyyəti və beynəlxalq əlaqələrinin gücləndirilməsi, antikorrupsiya qurumlarının səmərəliliyinin artırılması, təlimlərin və maarifləndirmə tədbirlərinin təşkili kimi məsələlər müzakirə olunmuş, habelə korrupsiyaya qarşı qabaqcıl mübarizə üsullarına dair təcrübə mübadiləsi aparılmışdır.

Assosiasiyanın vitse-prezidenti, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov iclasda çıxış edərək IAACA-nın mühüm rolunu və onun fəaliyyətinə ölkəmizin dəstəyini vurğulamış, respublikamızda dövlət siyasətinin prioriteti olan korrupsiyaya qarşı qəti mübarizənin aparılması barədə məlumat vermişdir. Eyni zamanda, Assosiasiyanın rəhbərliyi Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində Bakıda keçirilməsi nəzərdə tutulan beynəlxalq antikorrupsiya konfransına dəvət olunmuşdur.

Konfrans çərçivəsində İspaniyanın baş prokuroru, Kataloniyanın ədliyyə naziri, habelə digər ölkələrin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşlər keçirilmiş, əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında