Dövlət Gömrük Komitəsi mətbuat xidmətinin məlumatı

 

 

Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Biləsuvar Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından əldə edilərək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilib realizə olunacağı barədə əməliyyat məlumatı daxil olmuşdur. Həyata keçirilmiş müvafiq əməliyyat tədbiri nəticəsində  Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar keçərək ölkəmizə gəlmiş İran İslam Respublikası vətəndaşı Museyibzadə Davud Yusif oğlu narkotik vasitənin alqı-satqısını gerçəkləşdirmək üçün gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirdiyi, içərisində narkotik maddələr olan 2 ədəd torbanı şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satmaq istəyərkən yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmışdır.

İlkin istintaqla müəyyən edilmişdir ki, İran İslam Respublikasının vətəndaşı Museyibzadə Davud Yusif oğlu satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirmək üçün İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa görə İranın Parsabad rayonunda cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvlərindən külli miqdarda 7 kiloqram 315 qram narkotik vasitəni – qurudulmuş  marixuananı, 9 kiloqram 910 qram həşiş qətranını  sərhəd zolağının İmişli rayonu Qaragüvəndikli kəndi ərazisindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçməklə  gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirmiş  və həmin kəndin ərazisində şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən Biləsuvar Gömrük İdarəsi gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən yaxalanmışdır.

Museyibzadə Davud Yusif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2 maddələrində nəzərdə tutulan  cinayət əməllərini törətməsi toplanmış sübutlarla kifayət qədər təsdiq edildiyindən şübhəli şəxs qismində tutulmuş və təqsirləndirilən şəxs qismində Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə ona ittiham elan edilərək Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı olan digər şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında