Səbaildə növbəti ümumrayon iməciliyi

 

Bakı şəhərinin mərkəzi rayonu olan Səbaildə ekoloji tarazlığın bərpası və yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində son illərdə aparılan ardıcıl işlər davam etdirilməkdədir. Bu məqsədlə şənbə günü 500 nəfərin iştirakı ilə keçirilən növbəti iməcilikdə şəhərin cənub-qərb girişində – Şıx yaşayış sahəsində və Salyan yolu ətrafında yeni yaşıllıqlar salınmışdır.

 Səbail Rayon İcra Hakimiyyətinin sektor müdiri İsrafil Kərimov redaksiyaya məlumatında bildirdi ki, iməcilik ərəfəsində xidmət təşkilatlarının köməyi ilə  geniş hazırlıq işləri görülmüş, lazımi ləvazimat toplanılmışdır. Yeni əkiləcək fidanların suvarılması üçün xətlər çəkilmiş, əraziyə su maşınları cəlb olunmuşdur. Bu yerin təbiətinə uyğun dekorativ ağac və gül kolları alınmışdır.

İlin əvvəlindən isə köhnə mədən zonasında rekultivasiya və təmizləmə işləri aparılımış, köhnə və yararsız kommunikasiya xətləri dəyişdirilmişdir. “Dostluq parkı”ndan Lökbatan dairəsinə qədər ərazidə abadlıq işləri aparılmış, yeni torpaq və ot qatı salınmışdır. Bu zolaqda   5 min yeni ağac, 40 min gül kolu əkilmiş, əraziyə xüsusi yaraşıq verən yaşıllıq güşələri yaradılmışdır.

Bu dəfəki iməcilik zamanı  5000 ədəd yeni ting əkilmiş, 10 min ağaca qulluq göstərilmiş, ətrafda abadlıq-təmizlik işləri aparılmışdır. Ümumiyyətlə, son dövrdə şəhərin bu hissəsində yol kənarlarında əkilən ağaclar ərazinin mənzərəsini gözəlləşdirmiş, sovet zamanında bərbad vəziyyətə düşmüş ölü zonaya yeni hayat gətirmişdir. Yaxın illərdə Xəzərin Bibiheybət-Şıx  sahilləri şəhərin bu tərəfdən giriş hissəsində geniş yaşıllıqlara bürünəcəkdir.

 Sonda müsahibimiz əlavə etdi ki, Səbail rayonunda iməciliklər yolu ilə ərazilərin yaşıllaşdırılması və abadlaşdırılması işləri il boyu davam etdiriləcək.

R.TAHİR, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında