Ermənilər tərəfindən törədilmiş bütün soyqırımı aktları ilə bağlı əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının  üzvləri Qubada 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anma tədbiri keçirmişlər.

AMEA-dan bildirmişlər ki, əvvəlcə  gənc alimlər Quba Soyqırımı Memorial Kompleksində faciə qurbanlarının xatirəsini yad etmişlər.

Qubadakı Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Mustafa Nöhbalıyev 1918-ci ilin martında erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar və onun acı nəticələrindən danışmışdır.

Şuranın sədri Famin Salmanov demişdir ki, Quba kütləvi məzarlığı əslində, bir əsrin sirlərini özündə yaşadan və bizi tariximizə qovuşduran həqiqətlərimizdir. Bu həqiqətləri üzə çıxarmaq, dünyada ictimailəşdirmək hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Bu təşəbbüsdə gənc nəslin nümayəndələri kimi bizim məsuliyyətimiz daha çox, yükümüz daha ağırdır.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rəhilə Həsənova ermənilər tərəfindən törədilmiş bütün soyqırımılarının dünya ictimaiyyətinə çatdırılması üçün internetdə müxtəlif dillərdə xəbər və faktların yayılmasının vacibliyini qeyd etmişdir. O, bu məlumatların virtual məkanda geniş təbliğatının aparılmasında tarixçi və informasiya-kommunikasiya texnologiyaları mütəxəssislərinin birgə səylərinin məqsədəuyğunluğunu söyləmişdir.

Tədbirdə Quba Rayon Gənclər Mərkəzinin rəhbəri Rəşxəndə Bayramova və başqaları da çıxış edərək soyqırımı hadisələrinə beynəlxalq miqyasda hüquqi-siyasi qiymətin verilməsinin vacibliyindən danışmışlar.

Sonra Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Quba Rayon Gənclər Mərkəzi ilə tanış olmuşlar.

 AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında