Danimarkada Azərbaycan diaspor təşkilatlarının nümayəndələri ilə görüş keçirilmişdir

 

 

 

Martın 30-da Kopenhagendə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) və Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan diaspor təşkilatlarının nümayəndələri ilə görüş keçirilmişdir.

Cəmiyyətin sədri Kəmalə Hüseynova Danimarka ictimaiyyətinin Azərbaycanla bağlı yaxından məlumatlandırılması istiqamətində görülən işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, Cəmiyyətin fəaliyyəti nəticəsində Danimarka ictimaiyyətinin Azərbaycan həqiqətləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalıda törədilmiş soyqırımı haqqında məlumatları artmış, ölkənin ictimai rəyində Azərbaycanın ədalətli  mövqeyinə dair fikirlərin formalaşması sürətlənmişdir.

Görüşdə həmvətənlərimiz Azərbaycanın təbliği istiqamətində görüləcək işlər barədə fikirlərini bölüşmüşlər. Onlar qeyd etmişlər ki, hazırda Azərbaycan mədəniyyətini Danimarkada geniş təbliğ etmək üçün müxtəlif ədəbiyyata, materiallara ehtiyac vardır.

AzərTAc-ın Danimarkaya ezam edilmiş əməkdaşları Aygün Həsənova və Elşən Şahbalayev agentliyin müxtəlif ölkələrdə diaspor təşkilatları ilə birgə həyata keçirdiyi layihələr barədə məlumat vermişlər. Bildirilmişdir ki, AzərTAc Azərbaycan, xüsusilə Dağlıq  Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması, ölkəmizin mədəniyyəti və incəsənətinin təbliği üçün xaricdəki diaspor təşkilatları ilə birgə tədbirlər həyata keçirmişdir. Bundan başqa, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı müxtəlif çap məhsulları, disklər, kitablar və broşürlər Azərbaycan diaspor təşkilatlarına təqdim edilmişdir.

Görüşdə AzərTAc tərəfindən Danimarkanın Mərkəzi kitabxanasına verilməsi üçün müxtəlif kitablar, milli geyimlər və ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanlarından, müasirləşən, modernləşən bölgələrdən bəhs edən “Gəzdim Azərbaycanı” layihəsinin ingilis dilindəki versiyası Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinə təqdim edilmişdir.

Danimarkada yaşayan soydaşlarımız bu gün Azərbaycanın turizm potensialının yaşadıqları ölkədə təbliği istiqamətində gördükləri işlərdən danışmışlar.

Görüşdə iştirak edən Danimarkanın Enerji Agentliyinin mütəxəssisi xanım Kristina Bak Azərbaycanı yaxşı tanıdığını söyləmişdir. O, Bakıda keçirilmiş “Eurovision-2012" mahnı müsabiqəsindən sonra ölkəmiz haqqında daha yaxından məlumatlandığını vurğulamışdır. Danimarkada azərbaycanlıların keçirdikləri tədbirlərdə fəal iştirak etdiyini deyən K.Bak Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrindən də xəbərdar olduğunu söyləmişdir. O, AzərTAc-ın əməkdaşlarının təqdim etdikləri kitablar və disklər vasitəsilə Azərbaycan haqqında daha ətraflı məlumat alacaqlarını söyləmişdir. “Gəzdim Azərbaycanı” layihəsinin ingilis dilindəki versiyasına də minnətdarlığını bildirən K.Bak bu təbliğat videosu vasitəsilə Azərbaycanın bölgələri barədə də məlumat əldə edəcəyini vurğulamışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında