Səbail "şahinlər"i Qubada dincələcəklər

Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin səmərəli təşkili Səbail Rayon İcra Hakimiyyətinin diqqət mərkəzindədir. Bu istiqamətdə həyata keçirilən işlərdən biri rayonun aztəminatlı ailələrindən olan yeniyetmələr üçün Quba rayonunda "Şahinlər" hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinin yaradılması olmuşdur. İstirahət ödənişsizdir, burada uşaqlar üçün hər cür şərait yaradılmışdır.
Səbail və Quba Rayon İcra Hakimiyyətləri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının birgə layihəsinə əsasən rayonun Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, aztəminatlı ailələrdən, həmçinin SOS "Azərbaycan" uşaq kəndində və 3 saylı Uşaq evində tərbiyə alan 160 uşaq Quba şəhərinin ən mənzərəli yerində yerləşən Bakı Türk Liseyi Quba filialının ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü "Şahinlər" yay istirahət düşərgəsinə yola salınmışlar. Düşərgədə isə onlara Quba rayonu Zərdabi adına xüsusi internat məktəbin şagirdləri qoşulmuşlar.
Düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınmışdır. Daxili Qoşunların Quba şəhərindəki "N" saylı hərbi hissəsi düşərgənin həyətində hərbi-səhra çadırları quraşdırmışdır. Daxili Qoşunlar və Bakı Türk Liseyinin Quba filialı düşərgəni bütün ləvazimatlarla təmin etmişdir.
Uşaqların istirahətinin maraqlı və yaddaqalan edilməsi üçün burada məşğələlər hərbi nizamnaməyə uyğun tərzdə keçiriləcəkdir. Məşğələləri və düşərgədəki təlim-tərbiyə işlərini dəstə rəhbərləri ilə yanaşı, Daxili Qoşunlar tərəfindən xüsusi olaraq düşərgəyə təhkim olunmuş zabit və çavuşlar keçəcəklər. Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintilər də təşkil olunacaq. Şagirdlər Daxili Qoşunların Qubadakı hərbi hissəsi ilə yaxından tanış olacaqlar.
Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən "Vətən sevgisi" dərsləri çərçivəsində "Azərbaycanın tarixi və siyasi coğrafiyası", "Azərbaycanın bu günü və gələcəyi", "Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir" mövzularında, həmçinin yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində "Azərbaycan Ordusu: nizam-intizam hərbçilərə xas olan vacib xüsusiyyətdir", "Dağlıq Qarabağ problemi və müasir dünya" mövzularında məşğələlər keçiləcək. Hərbçilərin bilavasitə iştirakı ilə ibtidai hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım təlimləri də təşkil olunacaq.
"Sahil bağı"nda təşkil olunan yolasalma mərasimində çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkə başçısı İlham Əliyevin yeniyetmə və gənclərin sağlam boyüməsi, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan danışmış, onlara şən və yaddaqalan istrahət arzulamışdır. DİN Daxili Qoşunlar komandanının müavini, general-mayor Fəxrəddin Səmədov uşaqların mənalı və yaddaqalan istirahəti üçün hər cür şərait yaradılacağını bildirmişdir.
Yola düşməzdən əvvəl yeniyetmələr Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək, abidəsi önünə çiçək dəstələri düzmüşlər.{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında