Bakıda “Seçkili orqanlarda qadınların təmsilçiliyinin artırılması” layihəsi üzrə təlim kursu keçirilir

 

 

“Lider Qadınlar”, “Universitet Təhsilli Qadınlar” və “Qadınlar Gələcək Uğrunda” təşkilatlarından ibarət koalisiya Qadın İştirakçılığı Proqramının ikinci mərhələsi çərçivəsində “Seçkili orqanlarda qadınların təmsilçiliyinin artırılması” adlı  layihənin icrasına başlamışdır.

 “Lider  Qadınlar” İctimai Birliyindən AzərTAc-a bildirmişlər ki, martın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Gender Tədqiqatları Mərkəzində layihə üzrə təlim kursu başlamışdır. İki gün davam edəcək təlimdə kiçik sahibkarlığın hüquqi əsasları və formaları, hüquqi şəxslərin dövlət qeydiyyatına alınması qaydaları, vergilərin formaları, sadələşdirilmiş vergi sistemi, fiziki şəxslərin gəlir vergisi, vergi uçotuna alınması qaydası,  hüquqi şəxslərin mənfəət vergisi, banklarla iş və kiçik sahibkarlığın əsaslarına aid digər məsələlər barədə məlumat veriləcəkdir.

Təlim iştirakçılarından daha fəalları potensial namizədlər üçün təlimlərə cəlb olunacaqdır. 18-35 yaşındakı gənc qadınlar arasında kiçik sahibkarlığın inkişafı ilə bağlı təlimlər  Yevlax, Tərtər, Yardımlı, Sabirabad, Salyan rayonlarında davam etdiriləcəkdir.

Layihənin əsas məqsədi seçkili orqanlarda, o cümlədən qarşıdakı bələdiyyə seçkilərində qadınların təmsilçiliyinin artırılmasına, onların siyasi və sosial-iqtisadi proseslərə təsirinin gücləndirilməsinə nail olmaqdır. Əsas  hədəf qruplarından biri sahibkar qadınlardır. İqtisadi müstəqillik sahibkar qadınlara  ictimai-siyasi fəallıq,  siyasi iştirakçılıq və liderlik üçün daha çox imkanlar yaradır. Bu səbəbdən də qadınlar, xüsusilə gənc qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsi layihənin əsas istiqamətlərindən birini təşkil edir.

Qadın İştirakçılığı Proqramı “Kaunterpart Azərbaycan” (Counterpart İnternational) Beynəlxalq Təşkilatı və  ABŞ Beynəlxalq İnkişaf Agentliyinin  (USAİD)  maliyyə dəstəyi ilə həyata keçirilir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında