“Novruz sevincləri - 2014”

 

“Novruz sevincləri - 2014”

uşaq tədbirləri həftəsi uğurla başa çatdı

Nizami Kino Mərkəzinin geniş tədbirlər zalı martın 20-dən 26-dək Bahar bayramının sevinclərini böyüklərə nisbətən daha çox arzulayan uşaqların ixtiyarına verilmişdi. Burada Fövqəladə Hallar Nazirliyi Adil  İsgəndərov adına Mədəniyyət Sarayının müxtəlif yaradıcı  kollektivləri körpə soydaşlarımız üçün sözün həqiqi mənasında böyük bayram əhval-ruhiyyəsi yaratmışdılar.  Həftə boyu uşaqların qonağı olan Dədə Qorqud, Bahar qız, Kosa, Keçəl,  və digər personajlar  uşaqları təkcə əyləndirmədilər, həm də onlara bu bayramın mənası, tarixi, ənənələri barədə əhatəli, təbii ki, onların başa düşəcəyi səviyyədə məlumat verdilər.

Tədbirə gələnlər  qurulmuş dekorasiyaların əhatəsində  əvvəlcə özlərini nağıllar aləmində hiss etsələr də, tezliklə ənənəvi meydan şənliyinin iştirakçılarına çevrilirdilər. Çünki təşkilatçı və aparıcılar auditoriyanın səviyyəsini nəzərə alaraq hamının tədbir iştirakçısına çevrilməsini təmin edirdilər.  Rejissor Hacı Əliyevin sarayın əməkdaşı Gülxanım Abbasovanın ssenarisi əsasında hazırladığı bayram həftəsinin bütün tamaşalarında folklor nümunələri ilə yanaşı, görkəmli sənət adamlarımızın yaradıcılığına da müraciət edilməsi böyük maraqla qarşılanırdı. Məsələn, uşaqlar  Üzeyir bəy Hacıbəylinin “O olmasın, bu olsun” operettasının qəhrəmanlarından olan Məşədi İbadın və “Sehirli xalat” filmindəki Xanın düşdüyü  gülməli vəziyyətləri gur alqışlarla qarşılayırdılar.  Rəqs etməyə maraq göstərən uşaqlar isə gah Həmayə Zeynalovanın rəhbərlik etdiyi “Əsmər” rəqs qrupuna qoşulur, gah da Xuraman Cabbarovanın rəhbərliyi ilə tədbirə qatılan “Şəfəq” rəqs qrupunun üzvləri ilə birlikdə milli rəqslərimizi ifa edirdilər.

Mədəniyyət sarayının direktoru Hacı Əliyev mətbuat təmsilçiləri ilə söhbətində qeyd etdi ki,  Azərbaycan dövlətinin və dövlət başçımız İlham Əliyevin  milli-mənəvi dəyərlərimizə verdiyi önəm, göstərilən qayğı və diqqət biz mədəniyyət işçilərini də öz fəaliyyətimizdə bu sahəni daim diqqət mərkəzində saxlamağa səsləyir.  Bayram münasibəti ilə təşkil etdiyimiz tədbirlər silsiləsində auditoriya kimi məhz uşaqları seçməyimiz isə ulu öndər Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın  uşaqlara göstərdiyi qayğı  və diqqətə verdiyimiz cavab kimi qiymətləndirilə bilər.

Rafiq SALMANOV,

 “Xalq qəzeti”,

( foto müəllifindir)

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında