Samuxda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları peşə bayramlarını qeyd etdilər

 

 

Ümummilli lider Heydər Əliyevin 28 mart 1997-ci il tarixli sərəncamı ilə hər il Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının peşə bayramı günü ölkəmizdə təntənəli şəkildə qeyd edilir. Bu gün münasibəti ilə martın 27-də YAP Samux rayon təşkilatında tədbir keçirildi.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev,  MTN Samux rayon şöbəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri YAP Samux rayon təşkilatında ulu öndərin büstünü ziyarət etdilər, büstün önünə gül dəstələri qoydular.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev öz nitqində 95 il bundan əvvəl yaradılmış təhlükəsizlik orqanlarının fəaliyyətindən, ümummilli liderimizin əvəzsiz xidmətlərindən, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində xüsusi xidmət orqanlarının yüksək səviyyədə təşkil olunmasından, onun əməkdaşlarının peşəkarlığından söz açdı. İcra başçısı daha sonra  MTN Samux rayon şöbəsinin bir qrup əməkdaşına fəxri fərmanlar və hədiyyələr  təqdim etdi.

Daha sonra MTN Samux rayon şöbəsinin rəisi Əhməd Abbasov çıxışında MTN əməkdaşlarının dövlətimizin təhlikəsizliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəmədiklərini bildirdi. Çıxış edən digər hüquq-mühafizə orqanlarının rəhbərləri də  MTN Samux rayon şöbəsinin əməkdaşlarını təbrik edərək işlərində uğurlar arzuladılar.

 Hamlet QASIMOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında