“Azərbaycanın sərhəd mühafizəsi: nailiyyətlər və inkişaf perspektivləri” mövzusunda təqdimat olmuşdur

 

Martın 27-də Dövlət Sərhəd Xidməti  (DSX) Akademiyasının kursantları üçün “Azərbaycanın sərhəd mühafizəsi: nailiyyətlər və inkişaf perspektivləri” mövzusunda təqdimat keçirilmişdir.

DSX-nin mətbuat mərkəzindən AzərTAc-a bildirmişlər ki, təqdimat zamanı Dövlət Sərhəd Xidməti Akademiyasının kursant heyəti qarşısında çıxış edən xidmətin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev Azərbaycan Sərhəd Mühafizəsinin təşəkkülü və formalaşdırılması, milli sərhəd mühafizə qüvvələrinin çətin və şərəfli inkişaf yolu, dövlət sərhədlərinin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətlər, hazırda həyata keçirilən tədbirlər və qurumun gələcək inkişaf istiqamətləri barədə geniş məlumat vermişdir.

XX əsrin ikinci yarısından etibarən dövlət sərhədinin mühafizəsi sahəsində əldə edilmiş  bütün uğur və nailiyyətlərin ümummilli lider Heydər Əliyevin  taleyüklü qərarları nəticəsində mümkün olması, dahi öndərin DSX qarşısında beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, narkotiklərin qanunsuz dövriyyəsinə, kütləvi qırğın silahlarının yayılmasına və qaçaqmalçılığa qarşı mübarizə, dənizdə neft-qaz hasilatı infrastrukturunun mühafizəsi kimi vəzifələr qoymasının və bu vəzifələrin icrası üçün zəruri səlahiyyətlər müəyyən etməsinin Azərbaycan sərhəd mühafizəsinin inkişafına xüsusi təkan verməsi qeyd olunmuşdur.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Sərhəd  Xidmətində aparılan islahatlara böyük diqqət göstərilməsi və məhz bu qayğı sayəsində xidmətin aparatının, Naxçıvan sərhəd diviziyasının, Horadiz, Göytəpə, Lənkəran, Xudat, Şəki, Zaqatala, Şəmkir sərhəd dəstələri qarnizonlarının, “Sərhədçi” Olimpiya İdman Kompleksinin, Abşeron rayonunun Görədil qəsəbəsində “Sərhədçi” istirahət mərkəzinin, Türkan qəsəbəsində DSX-nin Sahil Mühafizəsinin yeni bazası və yaşayış binaları kompleksinin, DSX Akademiyasının, Bakı şəhərinin Nərimanov rayonunda 1 ədəd 48 mənzilli, 3 ədəd 88 mənzilli yaşayış binalarının, sərhəd xətti boyu 109 sərhəd zastavası və sərhəd komendantlığı komplekslərinin inşa edilməsi, 1747 mənzildən ibarət 115 binanın xidməti istifadəyə verilməsi xüsusi vurğulanmışdır.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin DSX-nin hərbi hissə və bölmələrinə dəfələrlə səfər etməsinin Dövlət Sərhəd Xidmətinə göstərilən diqqət və qayğının yüksək təzahürü olmasını xüsusi vurğulayan general-leytenant Elçin Quliyev Azərbaycan Respublikasının dövlət sərhədləri yaxınlığında mövcud olan əməliyyat şəraiti, Dövlət Sərhəd Xidmətində həyata keçirilən ştat-struktur islahatları, hərbi qulluqçuların sosial məişət problemlərinin həlli istiqamətində görülən işlər, dəniz sərhədlərinin mühafizəsi  və beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi barədə də kursantlara ətraflı məlumat vermişdir.

Hər bir Azərbaycan zabitinin, sərhədçisinin şərəf işi olan işğal edilmiş torpaqlarımızın azad edilməsinin və ölkə sərhədlərinin tam mühafizə altına götürülməsinin respublikamızın sərhəd mühafizəsinin ən əsas vəzifəsi olması, Azərbaycan sərhədçilərinin Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Vətənə şərəflə xidmət etməyə hazır olmaları xüsusi vurğulanmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında