Yasamal rayonunda Novruz sevinci

 

 

Rayonun ərazisindəki Dövlət Bayrağı meydanı ilə yanaşı olan istirahət parkında Novruz bayramı ilə əlaqədar təmtəraqlı  şənlik keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev şənlik iştirakçılarını salamlamış, onları xalqımız üçün müqəddəs olan Novruz bayramı münasibətilə təbrik etmiş, sakinlərlə  birlikdə parkda təşkil olunmuş bayram tonqalının ətrafına gəlmişdir.

 Sonra Ozan və Bahar qız da istirahət parkına gələrək buraya toplaşanları  Bahar bayramı münasibətilə təbrik etmişlər.

Novruz şənliyinə toplaşan rayon sakinləri kəndirbazların məharətlərinə həvəslə tamaşa etmişlər. M.Əbilov adına Mədəniyət Sarayının gənc rəqqasları və digər ifaçıları da  maraqlı konsert proqramları ilə çıxış etmişlər. Rayonda fəaliyyət göstərən müxtəlif  idman klublarının yetirmələrinin maraqlı çıxışları və akrobatik hərəkətləri şənlik iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.

Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının, respublikamızın tanınmış incəsənət xadimlərinin ifaları şənlik iştirakçılarında xoş ovqat yaratmışdır. Novruz şənliyinin iştirakçılarına pulsuz ictimai - iaşə xidməti göstərilmiş, onlar bayram nemətləri və ləziz yeməklərə qonaq edilmişlər.

Rayonun ağsaqqallarından  Fazil Hacıyev, ağbirçək ana  Xanımnisə Babayeva, Sərvinaz Muradova, əmək veteranı Telli Qayıbova və digərləri Novruz şənliyinin təmtaraqla keçirilməsindən razılıqla danışmışlar. Onlar şənlik iştitakçılarına pulsuz ictimai - iaşə xidməti göstərilməsinə və maraqlı konsert proqramlarına görə minnətdarlıqlarını bildirmişlər.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında