Sumqayıt “ASAN xidmət” mərkəzi ətraf rayonların sakinlərinə də xidmət göstərəcəkdir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Sumqayıt “ASAN xidmət” mərkəzi martın 25-dən etibarən Şamaxı, Qobustan, Quba, Qusar və Xaçmazın ümumi sayı 550 mindən çox olan sakinlərinə də xidmət göstərəcəkdir.

Agentlikdən bildirmişlər ki, 2013-cü ilin mayında fəaliyyətə başlayan və indiyədək 260 mindən çox müraciət qəbul edən Sumqayıt “ASAN xidmət” mərkəzi Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarının sakinlərinə xidmət göstərir.

 “ASAN xidmət” mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir. Vətəndaşlar mərkəzlərdə dövlət orqanları və özəl qurumlar tərəfindən göstərilən 150-dən çox xidmətdən yararlana bilərlər.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti haqqında ətraflı məlumatı “108 Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az internet səhifəsinə daxil olmaqla əldə etmək mümkündür. 

 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında