Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki ölkə yoxdur

 

 Türkiyədə rus dilində yayımlanan internet xəbər portalı belə yazır

Türkiyədə yayımlanan “Vesti Turtsii – Bosfor” internet portalı ölkəmizin İstanbuldakı baş konsulu Həsən Zeynalovdan götürdüyü geniş müsahibəni bu günlərdə öz səhifəsində yerləşdirmişdir. Müsahibədə Azərbaycan-Türkiyə qardaşlığı və dostluğunun, strateji əməkdaşlığının müxtəlif yönləri geniş nəzərdən keçirilmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilən suallar cavablandırılmış, Xocalı soyqırımı qurbanlarının anım həftəsi ilə bağlı konsulluğun keçirdiyi tədbirlərdən söhbət açılmışdır.

Azərbaycan diplomatı müxbirin iki qardaş türk dövləti arasında münasibətlərin həddindən artıq yaxınlığı ilə bağlı sualını cavablandıraraq bildirmişdir ki, bu, ümummilli lider Heydər Əliyevin dillər əzbəri olan deyimindəki kimi, “bir millətin iki dövləti”nin arasında olan nadir qardaşlıq əlaqələridir. Bakı-TbilisisiCeyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz kəmərləri bu qardaşlıq münasibətlərinin nəticəsi kimi bütün dünyaya səs salmışdır. Çini Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 2015-ci ildə işə düşməsi, Azərbaycan qazını Avropaya çatdıracaq TANAP layihəşinin 2017-ci ldə başa çatması isə ortaq maraqların uğurla gerçəkləşdirilməsinin yeni təntənəsi kimi tarixə düşəcək.

Baş konsul Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin işğalçı dövlətin hərbi yolla zəbt etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz geri qaytarması, müharibə canilərinin cəzalandırılması ilə mümkünlüyünü söyləmiş, əks halda, Azərbaycanın öz ərazi bütövlüyünü, zorla olsa da bərpa edəcəyinin şəksiz olduğunu vurğulamışdır. Ermənilərin törətdiyi misilsiz Xocalı qırğınının bəşəri cinayət, azərbaycanlılara qarşı soyqırımı olduğunu müxbirin nəzərinə çatdıran Həsən Zeynalov bildirmişdir ki, artıq 20-dən çox dövlət bu qanlı əməli soyqırımı olaraq rəsmən qəbul etmişdir.

Azərbaycan və Türkiyə mütəxəssislərinin bir-birinin ölkəsində çalışması ilə bağlı söhbət zamanı baş konsul demişdir ki, onların çoxsahəli, genişmiqyaslı fəaliyyətləri öz ölkələrindəki kimi problemsiz və faydalıdır.

Müsahibə Azərbaycan ilə Türkiyə arasında münasibətlərin yüksələn xətt üzrə inkişafına əminlik duyğuları ilə sonuclanır.

R.TAHİR, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında