“Azərsu” ASC növbəti peşə təlimlərinə start vermişdir

 

 

Son illər “Azərsu” Açıq Səhmdar Cəmiyyətində kadr potensialının gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Bu günlərdə səhmdar cəmiyyətin Türkiyənin Gedik Universiteti və  UGETAM şirkəti ilə əməkdaşlığı çərçivəsində “İnfrastrukturun yenilənməsi və keyfiyyət anlayışı” mövzusunda növbəti təlimə start verilmişdir. Bu məqsədlə Türkiyənin bir sıra təhsil və sənaye müəssisələrinin mütəxəssislərindən ibarət nümayəndə heyəti ölkəmizə gəlmişdir.

Təlim proqramının açılış mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri  Qorxmaz Hüseynov layihələrin keyfiyyətlə icra olunmasında, eləcə də infrastrukturun idarə edilməsində yeni texnologiyaların tətbiqinə ciddi diqqət yetirildiyini bildirmiş, bu sahədə qabaqcıl təcrübənin mənimsənilməsi və tətbiqi məqsədilə müxtəlif ölkələrin, o cümlədən Türkiyənin  şirkətləri ilə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, bütün bunlar nəzərə alınaraq “Azərsu” ASC-nin mütəxəssisləri ölkə daxilində və xaricdə təşkil olunan  təlimlərə cəlb edilirlər. Son iki ildə təşkil olunmuş 75 təlimə səhmdar  cəmiyyətin 1600-ə yaxın işçisi cəlb olunmuşdur. Mütəxəssislərin  240 nəfəri  Türkiyə Su İnstitutu, İstanbul Şəhər Su-kanal İdarəsi, 12 rəhbər işçi isə İzmit Su-kanal İdarəsində istehsalat sahələri ilə tanış olmaq imkanı əldə etmişlər. Təlimlərdə layihələndirmə, tikinti, mexanika, energetika, avtomatika, içməli su və çirkab sutəmizləyici qurğuların istismarı, abonent işləri, informasiya-kommunikasiya texnologiyaları, tikinti və digər sahələr üzrə  mütəxəssislər iştirak etmiş, böyük təcrübə qazanmışlar. “Azərsu” ASC-nin sədri belə tədbirlərin təşkilinin əhəmiyyətli olduğunu və təlimlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirmişdir.

Təlim keçmək üçün dəvət olunmuş Türkiyənin  Gedik  Holdinq şirkətinin rəhbəri Mustafa Koçak, Türkiyə Respublikasının ölkəmizdəki səfirinin müşaviri Meral Barlas, Gedik Universitetinin müəllimi, sabiq səfir Erkan Gezer, UGETAM şirkəti idarə heyətinin rəhbəri Ümit Doğay Arınç  çıxış edərək təlimlərin əhəmiyyətini vurğulamış, bu sahədə Azərbaycan şirkətlərinə kömək etməkdə maraqlı olduqlarını bildirmişlər. 

Xatırladaq ki, dörd gün davam edəcək təlimlərdə “Azərsu” ASC-nin əməkdaşlarına, həmçinin su və kanalizasiya layihələrini icra edən podratçı şirkətlərin mütəxəssislərinə qaynaq texnologiyaları, içməli suyun təmizlənməsi və nəqli, tullantı sularının  zərərsizləşdirilməsi, sayğaclaşma  və digər məsələlərlə bağlı təlimlər veriləcəkdir.

M. YAQUBZADƏ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında