Süleyman Bayram oğlu Tatlıyev

 

 

Azərbayjan ijtimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ijtimai-siyasi və dövlət xadimi, Azərbayjan Respublikasının Tijarət və Sənaye Palatasının prezidenti, Azərbayjan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Süleyman Bayram oğlu Tatlıyev 2014-jü il martın 9-da ömrünün 90-jı ilində vəfat etmişdir.

Süleyman Tatlıyev 1925-ji il fevral ayının 27-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur. Orta məktəbin yuxarı sinfində oxuyarkən 1943-jü ildə hərbi xidmətə çağırılmışdır. Jəbhədə ağır yaralandıqdan sonra vətənə qayıdaraq, Qazax şəhər orta məktəbini bitirmiş və 1946-1951-ji illərdə Azərbayjan Dövlət Universitetinin kimya fakültəsində ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1951-ji ildən etibarən Rusiya Federasiyasının Qroznı şəhərindəki yeni neftayırma zavodunda mühəndis kimi başlayan Süleyman Tatlıyev 1956-1961-ji illərdə Sumqayıt sintetik kauçuk zavodunda məsul vəzifələr tutmuş, 1961-1963-jü illərdə Azərbayjan Xalq Təsərrüfatı Şurasının kimya sənayesi idarəsində şöbə müdiri, 1963-1965-ji illərdə isə Azərbayjan Kommunist Partiyasının Mərkəzi Komitəsində neft-kimya şöbəsi müdirinin müavini və Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi Zaqafqaziya Bürosunun inspektoru olmuşdur.

Süleyman Tatlıyev 1965-1970-ji illərdə Azərbayjan SSR Nazirlər Sovetinin Kimya sənayesi idarəsinin rəisi, 1970-1978-ji illərdə Azərbayjan SSR Nazirlər Sovetində İşlər müdiri, 1978-1985-ji illərdə isə Azərbayjan SSR Nazirlər Soveti sədrinin birinji müavini işləmişdir. O, 1985-ji ildə Azərbayjan SSR Ali Soveti Rəyasət Heyətinin sədri seçilərək, 1989-ju ilədək həmin vəzifədə çalışmışdır. Süleyman Tatlıyev 1994-jü ildən ömrünün sonunadək Azərbayjan Respublikasının Tijarət və Sənaye Palatasının prezidenti idi.

 

Azərbayjanın ijtimai-siyasi həyatında uzun illər səmərəli fəaliyyət göstərən Süleyman Tatlıyev dövlət idarəçiliyinin və iqtisadiyyatın müxtəlif sahələrində müvəffəqiyyətlə çalışmış, respublikanın sənaye potensialının güjləndirilməsinə və neft-kimya sənayesinin inkişafına töhfələr vermişdir. Harada işləməsindən asılı olmayaraq o, daim özünün yüksək peşəkarlığı və təşkilatçılıq qabiliyyəti ilə seçilib həmkarları arasında dərin nüfuz qazanmışdır. Süleyman Tatlıyev Azərbayjan dövlətçiliyinin möhkəmləndirilməsi naminə var qüvvəsini sərf etmişdir. Ölkənin beynəlxalq tijarət-iqtisadi əlaqələrinin genişləndirilməsində və qazandığı nailiyyətlərin təbliğində onun xidmətləri təqdirəlayiqdir.

Respublikanın ijtimai-siyasi həyatının fəal iştirakçısı Süleyman Tatlıyev bir neçə çağırış Azərbayjan Respublikası Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilmişdir.

Süleyman Tatlıyevin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla təltif edilmiş, o jümlədən müstəqil Azərbayjan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeninə layiq görülmüşdür.

Tanınmış ijtimai-siyasi və dövlət xadimi, təvazökar və səmimi insan Süleyman Bayram oğlu Tatlıyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayajaqdır.

Allah rəhmət eləsin!

 

 

İlham ƏLİYEV,

Artur RASİZADƏ, Oqtay ƏSƏDOV,

Ramiz MEHDİYEV, Hajıbala ABUTALIBOV,

Fatma ABDULLAZADƏ, Şahin MUSTAFAYEV,

Natiq ƏLİYEV, Rövnəq ABDULLAYEV,

Ziya YUSİFZADƏ, Məhərrəm QULİYEV,

Dadaş RZAYEV, Niyaz ƏLİZADƏ

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında