ABŞ Federal Mülki Aviasiya İdarəsi Azərbaycana aviasiya təhlükəsizliyi sahəsində 1-ci dərəcə reytinqi vermişdir

 

 

Beynəlxalq Aviasiya Təhlükəsizliyinin Qiymətləndirilməsindən sonra ABŞ Federal Mülki Aviasiya İdarəsi (FMAİ) tərəfindən aviasiya təhlükəsizliyi sahəsində Azərbaycana 1-ci dərəcə verilmişdir.

ABŞ-ın Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu təsnifat Azərbaycanın aviasiya şirkətlərinə Birləşmiş Ştatlara birbaşa uçuşların həyata keçirilməsinə icazə verəcək ki, bu da ölkələrimiz arasında turizmin və yük ticarətinin inkişafında yeni mərhələ açacaq.

FMAİ müəyyən etmişdir ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası (ARDMAA) Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv ölkə olaraq üzərinə götürdüyü bütün səkkiz həlledici element üzrə təhlükəsizliyə nəzarət öhdəliklərini effektiv şəkildə yerinə yetirir. Bu, FMAİ-in texniki təhlil missiyası tərəfindən 2013-cü ilin oktyabr ayında Azərbaycanda həyata keçirilmiş qiymətləndirmə və ARDMAA tərəfindən əldə olunmuş tərəqqinin nəzərdən keçirilməsi məqsədilə ARDMAA ilə birlikdə 2013-cü ilin dekabrında və 2014-cü ilin yanvarında aparılmış hərtərəfli texniki müzakirələrdən sonra müəyyən edilmişdir.

ABŞ-ın Ticarət və İnkişaf Agentliyi 1-ci dərəcə reytinqinin alınmasına səbəb olmuş aviasiya təhlükəsizliyinə nəzarət sahəsində təkmilləşdirilmələrin həyata keçirilməsində ARDMAA-nın fəaliyyətinə töhfə verməkdən məmnunluğunu bildirmişdir. Xüsusilə aviasiya sahəsində texniki yardımın iki mərhələsini maliyyələşdirməklə ABŞ hökuməti aviasiya sisteminə nəzarət sahəsində beynəlxalq standartların tələblərinə cavab verilməsində ARDMAA-ya köməklik göstərməkdə maraqlı olduğunu nümayiş etdirmişdir: “Biz bu təsnifatın əldə olunması istiqamətində ötən bir neçə il ərzində göstərdiyi əzmkar fəaliyyətə, peşəkarlığa və fədakarlığa görə Azərbaycan hökumətini təbrik edirik. ABŞ hökuməti mülki aviasiya sahəsində Azərbaycanla əməkdaşlığını davam etdirəcəyinə ümid edir”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında