Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul etmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin  şəhər və rayonlarda vətəndaşların qəbulu davam edir.

AzərTAc xəbər verir ki, martın 7-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində cənub bölgəsindən olan vətəndaşları qəbul etmişdir. Komitənin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Lənkəranla yanaşı, Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarından olan  50-yə yaxın sakinin müraciəti dinlənilmişdir.

Vətəndaşların müraciətləri əsasən torpaq islahatı zamanı bəzi pay torpaqlarının bölüşdürülməsi, həyətyanı sahələrin, o cümlədən yaşayış massivinin meşə fondu ərazilərinə düşməsi, torpaq islahatı ilə bağlı müvafiq sənədlər tərtib edilərkən müəyyən texniki qüsurlara yol verilməsi və torpaqla bağlı digər məsələlərə aid olmuşdur.

Müraciətlərdə qaldırılan məsələlər bilavasitə komitəyə aid olduğu hallarda, mütəxəssislər tərəfindən yerlərdə ölçmə işləri aparılaraq torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılmışdır.

Müvafiq orqanların iştirakı ilə zəruri araşdırma tələb edən müraciətlər isə qeydiyyata götürülərək aidiyyəti qurumlara göndərilmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında