Yanğına qarşı biganə qalmaq olmaz

Son günlər respublikamızın ərazisində havaların isti və quraqlıq keçməsi ilə əlaqədar olaraq meşələrdə və meşə fonduna daxil olmayan ərazilərdə yanğın baş vermə təhlükəsi artmışdır. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mərkəzi və yerli qurumları bu təhlükənin qarşısının alınması məqsədilə bütün səylərini birləşdirməklə yerli müəssisələrdə zəruri avadanlıqlarla təchiz olunmuş növbətçiliklər təşkil etmişdir. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yaymışdır.
Məlumatda deyilir ki, mütəmadi olaraq əhali arasında, fermer və digər torpaq mülkiyyətçiləri ilə izahat işləri aparılır və zəruri profilaktik tədbirlər görülməsi davam etdirilir.
Lakin vətəndaşlıq borcunu başa düşməyən bəzi şəxslər və torpaq mülkiyyətçiləri bu vacib məsələyə biganə qalmaqla, yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə davam edirlər. Belə şəxslərin məsuliyyətsizliyinin nəticəsidir ki, 13 avqust 2010-cu il tarixdə Şahdağ Milli parkının Qəbələ rayonundakı meşə ərazisində yanğın hadisəsi baş vermişdir.
Yanğının baş vermə səbəbi hələlik tam müəyyənləşdirilməsə də, onun meşədə moruq yığan yeniyetmə gənclərin ehtiyatsızlığından baş verdiyi ehtimal olunur. Yanğın 4 hektar ərazini əhatə etmişdir. Yanğının söndürülməsi üçün ETSN-nin yerli qurumlarının əməkdaşları, FHN-nin Şamaxıda yerləşən hərbi hissəsinin əsgərləri, Qəbələ rayon Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları fəal iştirak edir və dünən gecə vaxtlarında yanğının güclü alovlanmasının qarşısı alınmışdır.
Yanğının əhatə etdiyi əraznin genişlənməməsi üçün ərazi tam nəzarətə götürülmüş və bu sahədə ciddi tədbirlər görülür. Yanğını söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 1 helekopteri də cəlb olunmuşdur. Yanğının baş verdiyi ərazi seyrək meşəlik, əsasən kol-koslu qayalıq ərazi olduğundan, ilkin ehtimala görə meşəyə ciddi ziyan dəyməmişdir. Yanğının tam söndürülməsi üçün zəruri tədbirlər görülür.
Bundan başqa, 11 avqust 2010-cu il tarixdə Quba rayonun Aşağı Xuc bələdiyyəsinin ərazisindəki torpaq mülkiyyətçiləri tərəfindən "Yanğın Təlükəsizliyi Haqqında Qanun"un tələbləri pozularaq taxıl biçilmiş sahələrin kövşənləri yandırılmışdır. Küləkli hava şərati yanğını şiddətləndirərək onun yayılma ərazisini genişləndirmiş və Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 2,5 hektar meşə fonduna keçmişdir.
Yanğın ETSN-nin yerli qurumlarının və FHN -in Quba, Qusar və Şabran rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının səyləri nəticəsində, operativ qaydada söndürülmüşdür. Meşə fonduna ciddi ziyan dəyməmiş, torpaq səthində olan quru otlar və yarpaqlar yanmışdır.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında