Azərbaycan nümayəndə heyəti Çingiz Aytmatovun ev-muzeyində və uyuduğu Ata-Beyit kompleksində olmuşdur

 

Xalq yazıçısı Anarın başçılığı ilə Qırğızıstanda səfərdə olan nümayəndə heyəti dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun ev-muzeyində və dəfn olunduğu Ata-Beyit kompleksini ziyarət etmişlər.

Nümayəndə heyətinin üzvləri əvvəlcə görkəmli yazıçının ev-muzeyində olmuş, buradakı eksponatlara baxmışlar.

Müğənni Mələkxanım Əyyubova bəstəkar Emin Sabitoğlunun xalq şairi Nigar Rəfibəylinin sözlərinə bəstələdiyi “Ala gözlüm” mahnısını ifa etmişdir.

Sonra nümayəndə heyəti Bişkek yaxınlığındakı Ata-Beyit kompleksinə gəlmiş, ədibin buradakı məzarı üstünə gül dəstələri qoymuşdur.

Mətbuat təmsilçilərinin suallarını cavablandıran xalq yazıçısı Anar demişdir ki, Çingiz Aytmatovun xatirəsi mənim üçün əzizdir. Mən Qırğızıstanda çox olmuşam və hər dəfə də Çingiz Torokuloviç ilə görüşüb ədəbiyyatla bağlı müzakirələr aparmışıq. Bundan əvvəl isə mən Bişkekdə böyük yazıçının dəfnində iştirak etmişdim. İndi isə onun məzarı yanındayam. O məni kiçik, mən isə onu böyük qardaş hesab edirdim. Ç.Aytmatov dəfələrlə Bakıda olmuşdur. Onun Azərbaycanda kitabları çap edilmişdir və bundan sonra da çap olunacaqdır. Çingiz Aytmatovu Qırğızıstanda olduğu kimi, Azərbaycanda da sevir və hörmət bəsləyirlər.

Qulu KƏNGƏRLİ

AzərTAc-ın xüsusi müxbiri

Bişkek

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında