“İrs” jurnalının ingilis dilində çıxan yeni nömrəsində görkəmli alim Rafael Hüseynovun Novruz bayramından bəhs edən məqaləsi dərc olunmuşdur

 

Müasir şəraitdə Azərbaycanın dünya  ölkələri sırasında layiq olduğu yeri, iqtisadi yüksəlişini, siyasi  uğurlarını, mədəni tərəqqisini təbliğ məqsədilə bir çox dünya dillərində nəşr edilən “İrs” jurnalının ingilis dilində yeni buraxılışı çapdan çıxmışdır.

Jurnalın yeni nömrəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, professor Rafael Hüseynovun Novruz bayramından bəhs edən məqaləsi dərc olunmuşdur.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ingilis dilində dərc olunmuş  “Günəşin, torpağın və ürəklərin bayramı - Novruz” sərlövhəli məqalədə Novruz bayramının tarixi, mahiyyəti, adət-ənənələri haqqında oxuculara geniş məlumat verilmişdir. Bildirilmişdir ki, tolerant ölkə olan Azərbaycanda müxtəlif xalqların nümayəndələri mehriban şəraitdə yaşayırlar və Novruzun təbliğ etdiyi əsas ideyalardan biri də məhz bu amaldır.

Xarici ölkələrdəki Azərbaycan səfirlikləri vasitəsilə yayılan ingilisdilli “İrs” jurnalının bu buraxılışı 50-dən artıq ölkəyə göndəriləcəkdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında