Media və Avrointeqrasiya

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) Bakı Media Mərkəzində ölkə jurnalistləri üçün keçirdiyi ikigünlük seminarda "Avrointeqrasiya prosesində kütləvi informasiya vasitələrinin rolu" ilə bağlı məsələlər müxtəlif yönlərdən diskussiya mövzusu olmuşdur.
AGAT sədri Gülsel Səfərova seminarı giriş sözü ilə açaraq bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondunun himayəsi ilə həyata keçirilən layihənin məqsədi Avrointeqrasiyanın mahiyyəti, ölkəmiz üçün önəmli yönləri və perspektivləri ilə bağlı media təmsilçilərinin zəruri bilgilərini artırmaq, onların bu prosesdə fəallığına və düzgün mövqe tutmalarına kömək etməkdir.
Ekspertlərdən politoloq Nicat Məmmədlinin "Avropa kimliyi və Azərbaycan mediası", müstəqil jurnalist Zeynal Məmmədlinin "Azərbaycanda jurnalist etikası kodeksi və rəhbər qaydaların Avropa standartlarına uyğunlaşdırılması", "Qızıl Aypara" cəmiyyətinin şöbə müdiri Günel Quliyevanın "KİV-in reklam-marketinq fəaliyyəti" mövzularında çıxışlarından sonra fəal, faydalı müzakirələr keçirilmişdir.
Natiqlər bildirmişlər ki, Avropa dəyərləri içərisində məhsuldar və səmərəli iqtisadiyyat, vətəndaş cəmiyyəti, yüksək rifah, qayğısız yaşam yaratmaqla bağlı təcrübə və normalar daha çox maraq doğurur. Bu prosesdə zahiri görüntülərə aludəlik, milli-mənəvi dəyərlərə etinasızlıq yolverilməzdir. Avrointeqrasiya dünyaya qovuşmanın tərkib hissəsi olduğundan bəşəri norma və dəyərlər daha gərəkli ola bilər. Əsas məsələ odur ki, bu prosesin iştirakçıları Avropaya Azərbaycandan deyil, ölkəmizə Qərbən baxa bilsinlər, milli maraqlarımızı qorumağı bacarsınlar.
İkigünlük diskusiyaların sonunda jurnalistlərin Azərbaycanda Avpointeqrasiya prosesinin dərinləşməsində rolunu fəallaşdırmaqla bağlı söylənmiş mülahizə, təklif və tövsiyələr ümumiləşdirilmişdir.

{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında