Minnətdarlıq

Dövlətimiz qaçqın və köçkünlərin himayəçisidir
Kəlbəcər rayonundan didərgin düşəndən sonra Gəncə şəhərində məskunlaşdım. Lakin ailə vəziyyətimlə əlaqədar bir müddət əvvəl Bakı şəhərinə gəldim. Burada isə mənzil-məişət, iş tapmaq çətinliyi ilə üzləşdim.
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənovun qəbulunda olub qarşılaşdığım problemlər barədə ona məlumat verdim. Əli müəllim məni diqqətlə dinlədi və müvafiq dövlət qurumlarına bu çətinliklərin həllində yardımçı olmalarını tapşırdı. Qısa müddət ərzində Suraxanı rayonunun Bülbülə qəsəbəsində ailəmizə torpaq sahəsi ayrıldı və mənzil tikildi.
Hörmətli redaksiya! Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi Məhərrəmova da qəzetiniz vasitəsilə minnətdarlığımı bildirmək istərdim. Vidadi müəllim biz köçkünlərlə tez-tez görüşür, problemlərimizlə hərtərəfli maraqlanır, köməyini əsirgəmir. Bu yaxınlarda başçının qəbulunda qeydiyyat məsələmlə bağlı bu diqqətin bir daha şahidi oldum. Əlbəttə, yaxşı bilirik ki, bütün bunlar möhtərəm Prezidentimiz İlham Əliyevin məcburi köçkünlərə göstərdiyi qayğının bariz ifadəsidir.

{nl}

Xara ORUCOVA, məcburi köçkün

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında