“Teatr əməkdaşlığı” layihəsinin yeni nümunəsi təqdim olunacaq

 

 

“British Council” Azərbaycan nümayəndəliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Oskar mükafatına layiq görülmüş dramaturq Martin MakDonaxın pyesi əsasında hazırlanmış “Lineyn trilogiyası” ( üç tamaşa bir gündə, amma müxtəlif saatlarda) tamaşasının  martın 11-də  premyerasını keçirəcək.

Bu tamaşalar Böyük Britaniya mütəxəssislərinin iştirakı ilə keçirilən təlim proqramı vasitəsilə Azərbaycanın dövlət və özəl teatrlarında çalışan aktyorların və texniki heyətin peşəkar bacarıq və imkanlarını artırmaq üçün nəzərdə tutulmuş “Teatr əməkdaşlığı” layihəsi çərçivəsində hazırlanır. Məlumatı  Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

2013-cü ilin fevral ayından başlayaraq, “British Council” Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bazasında Böyük Britaniyadan dəvət olunmuş peşəkar işıq rəssamı Maykl Manyon, quruluşçu rəssam Elizabet Kuk və peşəkar teatr rejissoru Yan Uilem Van Den Box kimi mütəxəssislərin iştirakı ilə müxtəlif təlimlər silsiləsini təşkil edir. Dramaturq Martin MakDonaxın qələminə aid “Lineyn trilogiyası” özündə üç pyesi -"Lineynin Gözəllik Kraliçası", “Konnemarada bir Kəllə” və “Yalqız Qərb” - birləşdirir.

1994-cü ildə “Lineynin Gözəllik Kraliçası” və “Yalqız Qərb” “Ən Yaxşı Pyes” nominasiyasında “Tony Award” mükafatına layiq görülmüşdür. Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Box, azərbaycanlı rejissorlar – Ayla Osmanova, Sərvər Əliyev, Gülnar Hacıyeva və on iki Azərbaycan aktyoru ilə Bakıda – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında hər üç komediyanın səhnələşdirilməsi prosesinə bədii rəhbərlik edir.

Azərbaycanda fəaliyyət göstərən “British Council” nümayəndəliyinin direktoru Elizabet Uaytın sözlərinə görə, bu işin əsas dəyəri ondadır ki, Bakının teatr peşəkarları və Böyük Britaniya rejissoru müasir Britaniya pyesini Azərbaycan kontekstində təqdim etmək üçün aylarla bərabər çalışmışlar. Nəticəsi isə həm yeniliyi, həm də qeyri-adiliyi ilə seçilir.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında