“Azəriqaz” AXCP-nin qərargahında baş verən partlayışla bağlı açıqlama yaymışdır

 

 

 

“Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərargahında baş verən partlayışla bağlı məlumat yaymışdır.

“Azəriqaz” İB-dən APA-ya verilən məlumatda 3 mart 2014-cü ildə Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi-8 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yanğınla müşayiət olunan partlayışın təbii qazla heç bir bağlılığı olmadığı bildirilmişdir.

Açıqlamada daha sonra deyilir: “Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatında qeyd edildiyi kimi, hadisə yerinə ilkin baxış zamanı biri tam dağılmış, digəri isə yanğının təsirinə məruz qalmış 2 ədəd propan qaz balonu aşkar edilmişdir, təmizləmə işləri aparılmaqla hadisə yerinə baxışın keçirilməsi davam etdirildiyi zaman qeyri-yaşayış sahəsinin alqı-satqı üçün icarəyə götürülmüş hissəsində, qapıdan sol tərəfdə olan yanğından sonrakı qalıqların arasından masaüstü tipli bir gözlü qaz plitəsi, ona qoşulmuş rezin qaz borusu, rezin qaz borusunun əlavə hissəsi, otağın təxminən orta hissəsində qaz balonunun parçalanmış gövdəsinin bir hissəsi, qapı ilə üzbəüz olan divarın yanında qaz balonunun gövdəsinin altlığı və qaz plitəsinin üzərinə qoyulan metal barmaqlıq, eləcə də müxtəlif növ elektrik naqilləri, üçlüklər və bir ədəd elektrik açarı aşkar olunaraq götürülmüşdür. Baxış zamanı qeyri-yaşayış sahəsinin alqı-satqı ofisi kimi icarəyə götürülmüş otağının arakəsmə divarlarının dağılma və uçma əlamətlərinə əsasən, partlayışın (yanğının) mənbə zonasının məhz həmin otağın içərisində yerləşməsi müəyyən edilmişdir. Həmin otağın içərisində qaz balonlarının və üzərində rezin boru birləşməsinin olduğu qaz avadanlığının aşkar edilməsi, həmçinin onların üzərində dağılma və parçalanma izlərinin mövcud olması partlayışın məhz həmin qaz avadanlıqlarından düzgün istifadə edilməməsi nəticəsində baş verməsinə xarakterikdir”.

“Azəriqaz” İB bir daha bütün abonentlərə qazdan istifadə edərkən ehtiyatlı olmağı tövsiyə edir. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında