CNN telekanalı: Heydər Əliyev Mərkəzi dünyanın ən gözəl konsert zalları reytinqində birincidir

 

 

 

 

 

 

Nüfuzlu “Emporis” şirkətinin versiyasına görə, Heydər Əliyev Mərkəzi binaların qiymətləndirilməsi üzrə dünyanın 15 ən gözəl konsert zalları siyahısında birinci olub. “Trend”in məlumatına görə, bu barədə ABŞ-ın CNN telekanalının saytında məlumat verilir.

Məqalədə deyilir: “Hamburqda yerləşən şirkət dünyanın daha böyük təəssürat oyadan konsert zallarının siyahısını tərtib etmişdir. Bizim günümüzdə konsert zallarının binaları da gözəl arxitekturaya malik olurlar”.

Reytinqi tərtib edən şirkətin fikrincə, bu gün öz memarlıq siması, dizayn üslubu, rəng həlləri ilə fərqlənən çoxlu konsert zalları tikilir.

Məqalədə bildirilir: “Şirkətin reytinqində birinci yeri Bakıdakı Heydər Əliyev Mərkəzi tutur. “Ağ binanın qatlanmış, dalğavari forması onun mənzərədən hazırlanması illüziyası yaradır”.

Daha sonra reytinqdə 1963-cü ildə tikilmiş Berlin filarmoniyasının binası, Rio-de-Janeyrodakı “Cidade Das Artes” və Sinqapurdakı “Esplanade” binaları göstərilir.

Reytinqə ABŞ-da tikilmiş iki bina daxil edilmişdir. Onlardan biri “Disney Concert Hall”-dur. Sayt yazır ki, müəlliflərin fikrincə, bina “bir-birinin içərisinə qoyulmuş əyilmiş metal lövhələrə bənzəyir... və onun dizaynı qəribə fantaziyaları xatırladır”.

Məqalədə deyilir ki, bu reytinqin gözlənilməz səhvlərindən biri məşhur Sidney operasının oraya daxil edilməməsidir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında