Naxçıvanda yaz mövsümünün ilk iməciliyi keçirilmişdir

 

Martın 1-də muxtar respublikada növbəti iməcilik keçirilmiş, ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri yeni yaşıllıq zolaqları və meyvə bağları salmışlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Naxçıvan şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin ətrafındakı ərazidə keçirilən iməclikdə iştirak etmiş, yeni meyvə bağı salmışlar. Yeni salınan meyvə bağının sahəsi 3 hektardır. İməcilik zamanı burada 2 mindən artıq yerli şəraitə uyğun meyvə tingləri əkilərək suvarılmışdır.

Bu gün muxtar respublikamızda ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqət və qayğı göstərilir. Çünki təbiətə qayğı ilə yanaşmaq, ekoloji tarazlığı qorumaq sağlam ətraf mühit deməkdir. Bu baxımdan hər il keçirilən yaşıllaşdırma tədbirlərinin böyük əhəmiyyəti vardır. Təkcə 2013-cü ildə muxtar respublikda 531 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 400 mindən artıq ağac və gül kolu əkilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, meyvə tingləri əkmiş, ərazidə bundan sonra da ting əkinlərinin davam etdirilməsi barədə tapşırıqlar vermişdir.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında