Qazaxıstanın Mangistau vilayəti nümayəndə heyətinin üzvləri Sumqayıtın sənaye müəssislərində olmuşlar

 

 

Qazaxıstanın Mangistau  vilayətinin akimi Alik Aydarbayevin başçılıq etdiyi nümayəndə heyəti  ölkəmizə səfər çərçivəsində martın 1-də Sumqayıtda olmuşdur.

AzərTAc xəbər verir ki, qonaqlar Cənubi Qafqazda unikal   istehsalat kompleksində – Sumqayıt Texnologiyalar Parkında (STP) olmuşlar. Bildirilmişdir ki, Azərbaycanda qeyri-neft sahəsinin inkişafını strateji vəzifə elan edən Azərbaycan Prezidenti İlham Əliyev  ölkədə texnoparkların yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Texnoparklar kiçik və orta sahibkarlığın stimullaşdırılmasını nəzərdə tutan regional innovasiya zonasının  formalaşdırılması layihəsi çərçivəsində inşa edilir.

STP-nin fəaliyyəti ilə tanış olan qonaqlara bildirilmişdir ki, nisbətən qısa müddətdə 250 hektarlıq ərazidə müasir sənaye  məhsulu  istehsal edən iri sənaye müəssisələri kompleksi  yaradılmışdır. Hazırda texnoparklar haqlı olaraq Azərbaycanda  çoxprofilli innovasiyalı mühəndisliyin mərkəzi sayılır. Burada artıq  17 zavod uğurla fəaliyyət göstərir, ilin sonunadək daha iki müəssisə açılacaqdır. Parka daxil olan hər bir zavod aparıcı dünya istehsalçılarının ən müasir texnoloji avadanlığı ilə təchiz edilmişdir.  Gələcəkdə STP  ixrac təyinatlı məhsul istehsalı ilə məşğul olan 30 müəssisəni əhatə edəcəkdir. Hazırda 4,5 min işçi tikinti-quraşdırma  və istehsalat  işləri görür. Yeni zavodlar  istifadəyə veriləndən sonra  işçilərin sayı artaraq, 10 min nəfərdən çox olacaqdır.  STP-də buraxılan  məhsulun  dünya standartlarına uyğunluq sertifikatı vardır.

STP-nin məhsulu iki beynəlxalq ISO standartına  sahib olduqdan sonra dünya bazarlarına çıxmışdır.

Sonra qonaqlar kabel zavodunda, mis və alüminium çubuqların istehsalı sexində, plastik  borular, isti sinkləmə, habelə yüksək voltlu elektrik avadanlığı, Günəş kollektorları istehsal edən zavodlarda, elektron cihazlar, metal konstruksiyalar, Dəqiq Emal Mərkəzində olmuşlar

Qazaxıstanlı qonaqlar ümumi sahəsi 2,8 hektar olan polimer məhsulu istehsal edən zavodun işi ilə tanış olmuşlar. Hazırda burada 400 nəfər işləyir.

Zavod  hər gün 50 il zəmanət verilən, yüksək təzyiqə davamlı olan  və korroziyaya uğramayan 396 ton polietilen boru  istehsal etmək iqtidarındadır. Qaz və su təchizatında, kanalizasiya xətlərinin çəkilməsində və digər  məqsədlər üçün istifadə olunan  bu borulara  ölkəmizdə və beynəlxalq bazarlarda  böyük tələbat var.  Mütəxəssislərin sözlərinə görə,  zavod təkcə respublikada deyil, həm də regionda  ən perspektivli  müəssisədir.

Sonra STP-nin inzibati korpusunda  müəssisənin təqdimatı olmuşdur. Qonaqlara  bütün zavodların  strukturu və fəaliyyəti barədə ətraflı informasiya verilmişdir.  Bildirilmişdir ki, parkın bütün müəssisələri yüksək texnologiyalarla təchiz edilmişdir. Burada  Fransa, Almaniya, Yaponiya, İsveç və s. tanınmış istehsalçılarının avadanlığı yerləşdirilmişdir.

Elə həmin gün  A.Aydarbayev və nümayəndə heyətinin üzvləri  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin  “Azərikimya” İstehsalat Birliyində (İB) olmuşlar. Qonaqları İB-nin Müşahidəçilər Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev  salamlamışdır. Görüşdə qonaqlara “Azərikimya” İB sistemində yenidən təşkilatlanma və quruculuq işləri barədə məlumat verilmiş, gələcəyə yönələn layihələrdən danışılmışdır. Tərəflər fikir mübadiləsi aparmış, əməkdaşlıq perspektivlərini müzakirə etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında