Bakıda keçiriləcək beynəlxalq foruma hazırlıq işləri davam edir

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşəbbüsü ilə bu ilin aprel ayında Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq prosesi çərçivəsində Yunanıstan paytaxtında bir sıra görüşlər keçirilmişdir.

Yunanıstanın sabiq baş naziri Kostas Karamanlis, Yunanıstan parlamentinin üzvləri Elza Papadimitrious, Dora Bakoyannis, Akropolis Muzeyinin prezidenti ilə baş tutan görüşlərdə Azərbaycanın bu təşəbbüsünün Şərq və Qərb, islam, xristian və yəhudi dünyası arasında yaranmış münaqişələrin dialoq, anlaşma yolu ilə həlli istiqamətində atılmış vacib addım olduğu bildirilmişdir. Komitədən verilən məlumatda bildirilir ki, görüşlər zamanı Şərqlə Qərbi birləşdirəcək körpünün yaradılmasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin böyük rolu yüksək dəyərləndirilmişdir.

Yunanıstanda bu yaxınlarda keçirilən II Ali Hazırlıq toplantısının Azərbaycan - Yunanıstan mədəni əlaqələrinin inkişafına böyük təkan verdiyi, ikitərəfli münasibətlərin ümumbəşəri dəyərlər fonunda daha geniş sahələri əhatə etdiyi xüsusi razılıqla qeyd olunmuşdur.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında