Dövlət Gömrük Komitəsinin sədri Gəncə şəhərində vətəndaşları qəbul etmişdir

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, fevralın 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Gəncədə Naftalan, Gəncə şəhərlərindən, Goranboy, Kəlbəcər və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Qəbula gəlmiş vətəndaşların müraciətləri əsasən işə qəbul və gömrük prosedurları ilə bağlı olmuşdur.

Komitənin sədri Aydın Əliyev vətəndaşların arzu və təkliflərini diqqətlə dinləmiş, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar vermişdir.

Qəbulda qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilmiş, bəziləri barədə vətəndaşlara məsləhətlər verilmiş, komitənin strukturuna aid olmayan bir neçə məsələ isə qeydiyyata  alınaraq aidiyyəti orqanlara çatdırılması üçün nəzarətə götürülmüşdür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında