Azərbaycanın ABŞ-dakı səfiri Ağ evdə təşkil edilmiş iftar ziyafətində iştirak etmişdir

Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirmişlər ki, avqustun 13-də ABŞ Prezidenti Barak Obama müsəlmanların müqəddəs Ramazan ayının başlanması münasibətilə Ağ evdə keçirilmiş iftar ziyafətində iştrak edən ölkəmizin Vaşinqtondakı səfiri Yaşar Əliyevlə qısa söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevə ən xoş arzularını çatdırmışdır.
Bir sıra xarici dövlətlərin səfirlərinin, Obama hakimiyyəti və Konqresin üzvlərinin, eləcə də ABŞ-ın müsəlman icmasının nümayəndələrinin qatıldığı ziyafət Qurani-Kərimdən surələrin oxunması ilə başlamışdır. Daha sonra qonaqlar iftar süfrəsinə dəvət olunmuşlar.
İftar ziyafətinin iştirakçıları qarşısında çıxış edən Prezident Barak Obama Ramazanın düşüncə, etiqada sadiqlik, ehtiyacı olanlara yardım və dəstək ayı olduğunu bildirmişdir. ABŞ Prezidenti qeyd etmişdir ki, irqi bərabərlik dini olan İslam daim Amerika həyatının bir hissəsi olmuş və Amerika müsəlmanları ABŞ-ın inkişafına böyük töhfələr vermişlər.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında