Azərbaycanda "qara transplantasiya" mövcud deyil

Azərbaycan Respublikasının Baş Prokurorluğunun internet səhifəsində yerləşdirilmiş məlumatda bildirilir ki, son günlər bəzi yerli və xarici kütləvi informasiya vasitələrində Azərbaycanda insan orqanlarının "qara transplantasiya"sını həyata keçirən tibb müəssisələri barədə həqiqətə uyğun olmayan informasiyalar dərc olunmuşdur.
İnformasiyalara görə, Ukrayna və İsrail vətəndaşları da daxil olan mütəşəkkil cinayətkar qrup uzun müddət ərzində Belarus, Moldova, Rusiya, Özbəkistan və Ukrayna vətəndaşlarını pulla ələ alaraq Azərbaycan və Ekvadora aparmış, transplantasiya üçün onların daxili orqanlarının çıxarılması ilə bağlı cərrahiyyə əməliyyatları keçirmişdir.
Göstərilənlərlə əlaqədar bildiririk ki, ölkə ərazisində fəaliyyət göstərən tibb klinikalarda insan orqanlarının qanunsuz transplantasiyası (köçürülməsi), həmçinin əməliyyatlar zamanı insanlar arasında ölüm hallarının qeydə alınması barədə yayılan informasiyalara aydınlıq gətirilməsi və bu barədə qarşı tərəfin mövqeyini əks etdirən rəsmi məlumatın verilməsi məqsədi ilə Baş Prokurorluğun beynəlxalq əlaqələr idarəsi tərəfindən Ukrayna Baş Prokurorluğunun müvafiq idarəsi ilə əlaqə saxlanılmış, eyni zamanda, Daxili İşlər Nazirliyi tərəfindən əlaqədar tabe qurumlara müvafiq əməliyyat tapşırıqları verilmişdir.
Aparılmış ilkin araşdırmalarla respublika ərazisində, o cümlədən Bakı şəhərində insan orqan və ya toxumalarının qanunsuz transplantasiyası halları aşkar edilməmişdir. Lakin bu kimi halların aşkar edilməsi istiqamətində Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əlaqəli şəkildə intensiv əməliyyat tədbirləri davam etdirilir və belə hallar aşkarlanarsa, qanuna müvafiq tədbirlərin görülməsi təmin olunmaqla bu baradə ictimaiyyətə məlumat veriləcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında