Xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir Nəsimi rayonu

 

 

 

 

Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Nəsimi rayonunda anım mərasimi keçirildi. Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı, Xocalının müdafiəsi zamanı həlak olmuş Aqil Quliyevin Nizami küçəsində yaşadığı binadakı xatirə lövhəsinin önünə gül dəstələri düzdülər.

Anım mərasimi 1 saylı tam orta məktəbdə keçirildi. Mərasim iştirakçıları Xocalı faciəsinə həsr olunmuş kitab, rəsm əsərləri, plakat və fotoşəkillərdən ibarət sərgiyə tamaşa etdilər. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mərasimdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev dedi ki, 22 il əvvəl xalqımız 20-ci əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımına məruz qaldı. Həmin müdhiş gün yüzlərlə soydaşımız qəddarlıqla qətlə yetirildi, şikəst edildi, işgəncələrə məruz qaldı. Lakin soyqırımını törədən erməni cəlladları və onların havadarları çirkin məqsədlərinə çatmadılar. Bu hadisədən sonra xalqımız  öz azadlığı uğrunda mübarizədən nəinki çəkindi, əksinə, əsrlərlə arzusunda olduğu müstəqillik yolunda mücadilədə daha əzmkar oldu. Azərbaycan xalqı Xocalı faciəsini heç zaman unutmayacaq və doğma Qarabağımızı azad etməklə bütün şəhidlərimizin qisasını alacaq.

H.Sarabski adına Mədəniyyət Evi kollektivinin ifasında Xocalı faciəsi mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Nəsimi rayonunda məskunlaşmış 55 Xocalı ailəsinə maddi yardım verildi.

Ayaz HƏMİDOĞLU,

“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında