“ASAN xidmət” İSO idarəetmə standartı üzrə beynəlxalq sertifikat almışdır

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İSO - 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikata layiq görülmüşdür.

Agentlikdən AzərTAc-a bildirmişlər ki, İSO - Beynəlxalq Standartlaşdırma Təşkilatı olaraq beynəlxalq standartları inkişaf etdirir. 1947-ci ildə yaradılmış və İsveçrədə yerləşən bu təşkilat idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair 19500-dən çox beynəlxalq standart müəyyənləşdirmişdir.

Keyfiyyətli İdarəetmə Sisteminin Dövlət Agentliyinin işində tətbiqi “ASAN xidmət” mərkəzlərində baş verən hər bir prosesin şəffaf mexanizmlərə və qaydalara əsaslanmaqla həyata keçirilməsinin göstəricisidir. Hər bir prosesin başlanğıcı və sonu arasındakı fəaliyyət tam aydındır və tətbiq olunan şəffaf mexanizmə uyğundur.

İSO - 9001:2008 standartı vətəndaşyönümlü, idarəetməyə sistemli yanaşma, təşkilat daxilində hər kəsin iştirakı, daimi təkmilləşdirmə, faktlara əsaslanan qərarların qəbul edilməsi kimi prinsiplərə əsaslanır.

Qeyd edək ki, Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzləri ölkəmizdə öz fəaliyyətini yüksək standartlar çərçivəsində quran və inkişaf etdirən dövlət orqanı qismində “vahid məkan” prinsipinə əsaslanan nadir qurumlardandır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında