Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Ucarda vətəndaşları qəbul etmişdir

 

Ucarda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun vətəndaşlarla görüşü keçirilmişdir. Görüşdə Ucar sakinləri ilə yanaşı, Zərdab, Göyçay  və Kürdəmir rayonlarının sakinləri də iştirak etmişlər. Komitənin məsul əməkdaşlarının iştirakı ilə 40-a yaxın vətəndaş dinlənilmişdir.

Görüşdə səsləndirilən müraciətlər əsasən daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, sosial və s. məsələlərlə bağlı olmuşdur. Komitənin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Bir sıra məsələlərin operativ həlli üçün komitə sədri tərəfindən uyğun göstərişlər verilmiş və qaldırılan müraciətlər qanunvericiliyə uyğun olaraq yerindəcə həll edilmişdir.

Komitənin səlahiyyətlərinə aid olmayan məsələlər isə baxılması üçün aidiyyəti qurumlara çatdırılması məqsədilə qeydiyyata alınmışdır.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında