ARDNŞ: İslahatlar nəticəsində ixtisara düşən işçilərin 89 faizi artıq işlə təmin olunmuşdur

 

 

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) keçən ilin IV rübündən beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirmə prosesinə başlamışdır.

Bu məqsədlə şirkət 5 aydır işçilərin kənardan işə qəbulunu dayandırmışdır. Aparılan islahatlar şirkətin 7 222 nəfər işçisini əhatə etmişdir. Onlardan 6 418 nəfəri (89 faiz) artıq işlə təmin olunmuşdur. “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in vitse-prezidenti Xalik Məmmədov bu gün keçirilən mətbuat konfransında bildirmişdir.

Onun sözlərinə görə, bu, şirkətin Geofizika və geologiya, Neft kəmərləri, Sosial inkişaf, Qaz ixracı idarələri, Kompleks Qazma İşləri Tresti və “Azneft” İB-nin müəssisələrində aparılan struktur dəyişiklikləri nəticəsində baş vermişdir: l533 nəfər əmək haqqının 5 misli məbləğində müavinət almaqla, başqa fəaliyyət sahələrinə keçmişdir. 108 nəfər bu müəssisələrin ləğvi nəticəsində sərbəstləşən işçilərin məşğulluğunun təmin olunmasına dair proqrama qoşulmuş, 163 nəfər proqrama qoşulmaqdan imtina etmişdir. Proqrama qoşulmuş 108 nəfər isə 1 il ərzində əmək haqlarının 50 faizini alacaq və bu şəxslərə ikinci ixtisas veriləcək”.

X.Məmmədov əlavə etmişdir ki, bu yaxınlarda 43 vakansiya üzrə müsabiqə keçiriləcək. Artıq 64 nəfər bu vakansiyalarla bağlı müraciət etmişdir. Ümumilikdə, hazırda ARDNŞ-də 3 098 vakansiya mövcuddur, şirkətlərin işçilərinin ümumi sayı isə təxminən 60 077 nəfərdir.

Şirkətin vitse-prezidenti xüsusi vurğulamışdır ki, ən çox ixtisara inzibati idarəetmə kateqoriyasına aid olan işçilər düşmüşlər. Sosial idarə kateqoriyasına aid işçilərin sayı isə 60 faiz azalmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında