Dövlət Komitəsi “ASAN Xidmət” mərkəzlərində “kupça”ların verilməsi prosedurunu açıqlamışdır

 

 

Fevralın 22-dən etibarən Azərbaycan Prezidentinin 11 fevral 2014-cü il tarixli müvafiq fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) ərazi qeydiyyat idarələri və şöbələri ilə yanaşı, “ASAN Xidmət” mərkəzlərində komitənin təşkil etdiyi xidmət bölmələri vasitəsi ilə həyata keçirir.

 Komitədən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşlar ƏMDK-nın regional qeydiyyat idarə və şöbələri ilə paralel olaraq mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına dair, habelə fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına dair çıxarışların və texniki pasportların verilməsi ilə bağlı sənədlərini eyni zamanda, “ASAN Xidmət” mərkəzlərində yaradılmış xidmət bölmələrinə də təqdim edə bilirlər.

Qəbul edilmiş sənədlər komitənin müvafiq ərazi idarələrində öyrənilərək, qanunvericiliklə müəyyən edilmiş müddətlərdə baxılaraq həll ediləcək. ƏMDK vətəndaşların və əmlak sahiblərinin nəzərinə çatdırır ki, qeyd edilən xidmətlərlə bağlı müraciətlər zamanı qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun sənədlər təqdim etsinlər. ƏMDK və “ASAN Xidmət” mərkəzlərində  göstərilən xidmətlər “Dövlət rüsumu haqqında” qanuna və Tarif Şurasının müvafiq qərarına əsasən rüsum və xidmət haqları ödənilməklə həyata keçirilir.

Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflıq və operativliyin daha da artırılması istiqamətində müvafiq tədbirlərin davam etdirildiyini bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında