Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında enerji sahəsində əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır

 

Cənubi Afrika Respublikasına (CAR) səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov CAR-ın enerji naziri Dikobe Ben Martins ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə CAR arasında enerji sahəsində əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Azərbaycanın enerji sahəsində təcrübəsini bölüşməyə hazır olduğunu deyən Elmar Məmmədyarov Respublikamızın Beynəlxalq İnkişaf Agentliyinin ayırdığı qrantlar vasitəsilə CAR-ın üç enerji mütəxəssisinin ölkəmizdə müxtəlif ixtisasartırma kurslarında iştirak etdiyini və gələcəkdə bu istiqamətdə əməkdaşlığın genişləndirilə biləcəyini vurğulamışdır. 

Dikobe Ben Martins CAR-ın Enerji Nazirliyinin nümayəndələrinin 2012-2013-cü illərdə Azərbaycanda olduqlarını və bir sıra məhsuldar görüşlər keçirdiklərini bildirərək, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu bildirmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında