Naxçıvan Neft, Qaz Məhsulları Təminatı müəssisəsində yenidənqurma işləri görülmüşdür

 

Naxçıvan Neft, Qaz Məhsulları Təminatı müəssisəsinin inzibati binasında və texniki sahələrində yenidənqurma işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirmişlər ki, fevralın 22-də Ali Məclisin sədri Vasif Talıbov müəssisəyə gəlmiş, görülən yenidənqurma işləri ilə maraqlanmışdır.

Bildirilmişdir ki, müəssisənin inzibati binası və yanacaqdoldurma məntəqələri müasir şəkildə qurulmuş, yeni yanğından mühafizə sistemi və avtomobil parkı yaradılmışdır. Yanacaqdoldurma məntəqələrində quraşdırılan avadanlıqlar avtomobillərin tez bir zamanda yüklənməsinə imkan verəcəkdir.

Ərazidə yanğın təhlükəsizlik tədbirləri Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir. Müəssisədə yanğınsöndürənlər üçün xidməti otaq yaradılmış, bütün ərazini əhatə edən videonəzarət  və işıqlandırma sistemləri quraşdırılmışdır. Bu da təhlükəsizlik tədbirlərinin keyfiyyətlə yerinə yetirilməsinə və baş verə biləcək yanğın hadisələrinin tez bir zamanda qarşısının alınmasına imkan verəcəkdir.

Bu il Naxçıvan Neft, Qaz Məhsulları Təminatı Müəssisəsinə yanacaq-sürtkü materiallarının daşınması üçün “MAN” markalı 10 avtomobil alınmışdır. Diqqətə çatdırılmışdır ki, Almaniya istehsalı olan və uzaqmənzilli yüklərin daşınması üçün nəzərdə tutulan bu avtomobillər 32,5 ton yanacaq tutumuna malikdir.

Ali Məclisin sədri Vasif Talıbov muxtar respublikaya yanacaq məhsullarının daşınması zamanı yeni avtomobillərdən istifadə olunması, daxili və xarici daşınmalarda istismar qaydalarına və təhlükəsizlik tədbirlərinə ciddi diqqət yetirilməsi, sürücülərin Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində təkmilləşdirmə kurslarına cəlb edilməsi barədə müvafiq tapşırıqlar vermişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında