Qafqaz arxeologiyasında ilk dəfə olaraq Azərbaycanda abidələrin elektron xəritəsi yaradılmışdır

 

Qafqaz arxeologiyasında ilk dəfə olaraq Azərbaycanda yeni texnoloji vasitələrlə qeydiyyata alınmış abidələrin elektron xəritəsi yaradılmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu akademiyanın Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi Kamal Abdulla Rəyasət Heyətinin iclasında çıxışı zamanı demişdir.

O bildirmişdir ki, ötən il dəqiq, sosial və humanitar elmlər arasında əlaqələrin yaradılması istiqamətində işlər aparılmış, yeyinti məhsullarının təhlükəsizliyi, qeyri-neft sənayesi, regionların tarazlı inkişafı, erməni terrorizmi və digər məsələlər tədqiq edilmişdir.

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd etmişdir ki, institut və elmi müəssisələrdə Naxçıvanın tarixi, mədəniyyəti və təbii sərvətlərinin əhatəli şəkildə tədqiqi davam etdirilmişdir. Bununla yanaşı, bölmənin elektron kitabxanası istifadəyə verilmişdir.

İclasda o da bildirilmişdir ki, regional qurumlar tərəfindən ölkə ərazisində yetişdirilən mədəni və yabanı dərman bitkilərinə dəyən ziyanın azaldılması, genefond bağının zənginləşdirilməsi və qorunaraq gələcək nəslə çatdırılması istiqamətində araşdırmalar davam etdirilir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında