Nazirlər Kabinetində keçirilən geniş müşavirədə səhiyyənin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və icbari sığortanın tətbiq edilməsi məsələləri müzakirə olunmuşdur

Fevralın 21-də Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə səhiyyənin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və icbari sığortanın tətbiq edilməsi məsələsinə dair geniş müşavirə keçirilmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, müşavirəni giriş sözü ilə açan Əli Əhmədov son illər ölkə iqtisadiyyatının sürətli inkişafı ilə əlaqədar əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini demişdir. Bildirilmişdir ki, əhaliyə səhiyyə xidmətinin daha da yüksəldilməsi, səhiyyə infrastrukturunun keyfiyyətcə yeniləşdirilməsi, tibbi kadrların hazırlanması və s. istiqamətlərdə əldə olunan nailiyyətlər islahatların yeni mərhələdə davam etdirilməsini zəruri edir.

Daha sonra ölkə rəhbərliyinin bu sahədə qarşıya qoyduğu məsələlər ətrafında müzakirələr olmuşdur. Müzakirələrdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev, maliyyə naziri Samir Şərifov, ədliyyə naziri Fikrət Məmmədov, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev və digər müvafiq qurumların məsul şəxsləri “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsi üçün görülən işlərdən danışmışlar.

Geniş fikir mübadiləsindən sonra müşavirəyə yekun vuran Baş nazirin müavini Əli Əhmədov ölkədə səhiyyə islahatlarının daha da inkişaf etdirilməsini nəzərdə tutan icbari tibbi sığortanın tətbiq edilməsi sahəsində işlərin daha da sürətləndirilməsinin zəruri olduğunu vurğulayaraq, aidiyyəti qurumlara müvafiq tapşırıqlar vermişdir.

Müşavirədə müzakirə olunan məsələ ilə əlaqədar təkliflər nəzərə alınmaqla xüsusi işçi qrupunun yaradılması qərara alınmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında