Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva bəbir populyasiyalarının qorunması və bərpası sahəsində məşhur mütəxəssislərlə görüşmüşdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (International Dialogue for Environmental Action) İctimai Birliyinin rəhbəri Leyla Əliyeva bəbir populyasiyalarının qorunması və bərpası sahəsində dünya şöhrətli mütəxəssislər - Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Şuranın eksperti Ursom Breytenmozer və London Zoologiya Cəmiyyətinin eksperti Kris Rensom ilə görüşmüşdür. Görüşdə Arzu Əliyeva da iştirak etmişdir.

AzərTAc xəbər verir ki, ekspertlər Leyla Əliyevanın dəvəti ilə Bakıya gəlmişlər. U.Breytenmozer və K.Rensom Azərbaycanda Qafqaz bəbirləri ilə bağlı vəziyyəti və onların sayının artırılması yollarını öyrənəcəklər.

Görüşdə ölkənin relyef xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycanda bəbirlərin yaşayışı üçün əlverişli mühitin yaradılması, o cümlədən bu növ populyasiyaların bərpasının ən səmərəli yolları müzakirə edilmişdir.

Tanınmış ekspertlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən IDEA Resurs Mərkəzinə də baş çəkmiş, beynəlxalq miqyaslı təşkilatın təbiətin mühafizəsi üçün həyata keçirdiyi və planlaşdırdığı mühüm layihələrlə tanış olmuşlar. Onlar, həmçinin ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Dünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri E.Əsgərovla da görüşmüş, dövlət və QHT-lər tərəfindən bu istiqamətdə həyata keçirilən işlərlə bağlı məlumatlar almışlar.

Xarici mütəxəssislər bir müddət əvvəl monitorinq zamanı Qafqaz bəbirinin müasir “fototələ” qurğusu vasitəsilə rəsminin çəkildiyi Hirkan Milli Parkında da olacaqlar. Qeyd edək ki, bu qoruqda rast gəlinən bəbir yarımnövü əvvəllər Şimali Qafqazdan Qırmızı dənizədək və Bosfordan Pakistana qədər uzanan areallarda yaşasa da, sonradan - XX əsrdə nəsli xeyli dərəcədə tükənmişdir. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında