Azərbaycan ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı arasında ikitərəfli əlaqələr müzakirə olunmuşdur

 

Fevralın 20-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Viktor Tvirkun ilə görüşmüşdür. 

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, son illər Azərbaycanın bir sıra beynəlxalq təşkilatlar ilə qarşılıqlı faydalı əsaslar üzərində səmərəli əməkdaşlıq etdiyini vurğulayan Baş nazir Artur Rasizadə, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə də əlaqələrin inkişafına önəm verildiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, regionda həyata keçirilən iri layihələrin əsas iştirakçısı kimi Azərbaycan həmin layihələrin uğurlu icrası sayəsində həm özünün sosial-iqtisadi və maliyyə imkanlarını artırmış, həm də ümumən regionun iqtisadi xəritəsinin zənginləşməsinə rəvac vermişdir.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Viktor Tvirkun təmsil etdiyi qurum ilə Azərbaycan Hökuməti arasında qarşılıqlı münasibətlərin inkişafına göstərilən diqqətə görə Azərbaycan hökumətinə dərin təşəkkürünü bildirmişdir. O, bundan sonra da qarşılıqlı əməkdaşlığın inkişaf edəcəyinə əminliyini söyləmişdir.

Görüşdə bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında