“Musavat.com” saytının baş redaktoruna xəbərdarlıq edilmişdir

 Bakı Şəhər Prokurorluğunda aparılmış araşdırma ilə “Musavat.com” saytında “Günün fotosu: harın oğulun qəzası” başlıqlı məqalədə fevralın 17-də Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı “Mercedes Benz G55 AMG” markalı “90-DD-065" dövlət qeydiyyat nişanlı avtomobilin guya Bakının rayonlarından birinin prokurorunun oğluna məxsus olması barədə informasiyalar təsdiqini tapmamış və müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsinin iştirakçıları olan avtomobillərdən hər hansı birinin sürücüsü nə prokurorluq əməkdaşıdır, nə də ki, onların ailə üzvləri və yaxın qohumlarıdır.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, qeyd edilənlərlə əlaqədar saytın baş redaktoru Xalid Kazımlı Bakı Şəhər Prokurorluğuna dəvət edilərək “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmaqla rəsmi mənbəyə istinad edilmədən və heç bir real faktlara əsaslanmadan qəsdən və ya bilərəkdən sensasiya naminə yaydıqları informasiyaların prokurorluq orqanları tərəfindən qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə həyata keçirilən işlərin üzərinə kölgə salmaq, prokurorluq orqanları əməkdaşları barəsində mənfi ictimai rəy formalaşdırmaqla onların işgüzar və şəxsi nüfuzuna xələl gətirmək məqsədi daşıması nəzərinə çatdırılmışdır.

Eyni zamanda, X.Kazımlıya qeyd edilən qanunun tələblərinə əsasən yalan və qərəzli yazıları yaymaq, böhtan atmaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməsi, həmçinin kütləvi informasiya vasitəsinin rəhbərinin yayımlanan məlumatlarla əlaqədar qanunun tələblərini pozduğu halda cinayət və digər məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilmiş və dərc etdikləri həqiqətə uyğun olmayan informasiya barədə təkzib verilməsi tələb olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında